Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1232/2024 15.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X22 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1978-ci ildə anadan olmuş və xx.xx.2023-cü ildə Ağsu şəhərində vəfat etmiş X4 ölümünun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1972-ci ildə Ağsu şəhərində anadan olmuşdur. X2 xx.xx.1978-ci ildə anadan olmuşdur və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Oğulları xx.xx.2007-ci ildə anadan olmuş X1 Respublikasında Ali təhsil almağa getdiyi üçün anasının razılığı və ya onun ölüm şəhadətnaməsi tələb edildiyi üçün onun ölüm faktını təsdiq etmək tələb olundu. Belə ki, arvadı rəhmətə gedərkən ölüm haqqında şəhadətnamə alınmamışdır. Faktik olaraq X2 09 noyabr 2023-cü ildə vəfat etmiş və Ağsu rayonu, Gəgəli kənd qəbirsanlığında dəfn edilmişdir. Arvadının dəfnində yaxınları, qohumları iştirak etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin vaxt arvadı rəhmətə gedərkən başları qarışıq olduğu üçün qeydiyyat şöbəsinə müraciət etmək ağıllarına gəlməmişdir. xx.xx.2007-ci ildə anadan olmuş X1 Respublikasında Ali təhsil almağa getdiyi üçün anasının razılığı və ya onun ölüm şəhadətnaməsi tələb edildiyi üçün onun ölüm faktını təsdiq etmək tələb olunmuşdur. Bunun üçün qeydiyyat şöbəsinə müraciət etdikdə bildirmişlər ki, məhkəməyə müraciət etməlidir.Bu səbəbdən məhkəməyə ərizə ilə müraciət etmişdir. Hüzrdə qohumlar və qonşular iştirak etmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X14 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X6 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin X2 xx.xx.2023-cü il tarixdə rəhmətə getmiş və o, Ağsu rayon, Gəgəli kəndində Zeyvə nənə qəbiristanlığında dəfn edilmişdir. Dəfndə və yas mərasimlərində o, şəxsən iştirak etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X12 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin X2 xx.xx.2023-cü il tarixdə rəhmətə getmiş və o, Ağsu rayon, Gəgəli kəndində Zeyvə nənə qəbiristanlığında dəfn edilmişdir. Dəfndə və yas mərasimlərində o, şəxsən iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-11-346/2024 saylı məktubundan görünür ki, X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X12, X6 və X3 şəhər sakini X4 xx.xx.2023-cü il dəfnində iştirak etmişlər. Mərhumun qəbirstanlıqda qəbri mövcuddur. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu rayon Mərkəzi Xəstəxanası” X23 Təcili və X10 Stansiyası tərəfindən verilmiş tərəfindən verilmiş Təcili və X10 Stansiyası Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 07:28-də Abşeron rayonu, Xırdalan Ş.Dağlı-3 ünvanında həkimə qədərki ölüm baş vermişdir. - Ağsu rayonu, Gəgəli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 36/24 nömrəli Arayışdan görünür ki, X11 2023-cü il tarixdə xəstəlikdən sonra vəfat etmişdir və Ağsu rayonu, Gəgəli kəndində, Zeyvə nənə qəbristanlığında dəfn olunmuşdur. Mərhumun qəbirstanlıqda qəbri mövcuddur. - Foto şəkillərdən görünür ki, X11 xx.xx.1978-ci il tarixdə anadan olmaqla xx.xx.2023-cü ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi arvadı xx.xx.1978-ci il təvəllüdlü X11 xx.xx.2023-cü il tarixdə Ağsu şəhərində vəfat etmiş. Lakin mərhumların ailə üzvləri onun ölüm faktlarını təsdiq edən tibbi şəhadətnamələri almamışlar. Ərizəçi arvadının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamələrinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin xx.xx.1978-ci il təvəllüdlü X11 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1978-ci ildə Ağsu şəhərində anadan olmuş X4 xx.xx.2023-cü ildə Ağsu şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci ildə Ağsu şəhərində anadan olmuş X4 xx.xx.2023-cü ildə Ağsu şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-1232/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1232/2024
15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver