Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1233/2024 02.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1953-cü ildə anadan olmuş və xx.xx.2019-cu ildə Ağsu şəhərində vəfat etmiş X6 ölümünun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1955-ci ildə Ağsu rayonu, Abasxanlı kəndində anadan olmuşdur. X11 ilə el adətinə uyğun olaraq evlənmişdir. Həyat yoldaşı X11 xx.xx.1953-cü ildə anadan olmuşdur və xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Ağsu rayonu, Aratlı-Curuğlu kənd qəbirsanlığında dəfn edilmişdir. Ərinin dəfnində yaxınları, qohumları iştirak etmişdir. Əri rəhmətə getdikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışdırlar. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin vaxt əri rəhmətə gedərkən başları qarışıq olduğu üçün qeydiyyat şöbəsinə müraciət etmək ağıllarına gəlməmişdir. Qeydiyyat şöbəsinə müraciət etdikdə bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Bu səbəbdən məhkəməyə ərizə ilə müraciət etmişdir. Hüzrdə qohumlar və qonşular iştirak etmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X3 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qohumdur. Ərizəçinin əri X11 Bakı şəhərində rəhmətə getmiş, oğlu tərəfindən rayona gətirilmiş və Ağsu rayonu, Aratlı-Curuğlu kənd qəbirsanlığında dəfn edilmişdir. Yas mərasimi Əflakəyə məxsus Abasxanlı kəndində olan evində verilmişdir. Dəfndə və yas mərasimlərində o, şəxsən iştirak etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid Əhmədova Aygün izahat verərək bildirmişdir ki, ərizəçi ilə qohumdur. Ərizəçinin əri X11 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Ağsu rayonu, Aratlı-Curuğlu kənd qəbirsanlığında dəfn edilmişdir. Yas mərasimi Əflakəyə məxsus Abasxanlı kəndində olan evində verilmişdir. Dəfndə və yas mərasimlərində o, şəxsən iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-11-352/2024 saylı məktubundan görünür ki, X6 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X11 xx.xx.1953-cü il tarixdə Ağsu rayonu, Aratkənd kəndində anadan olmuşdur. X1, anası X7r. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikah haqqında arayışdan görünür ki, X11 ilə Ərizəçi xx.xx.1973-cü ildə nikaha girmişlər. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-25/2-M-7xx-xx-1302/2024 saylı arayışdan görünür ki, mərhum xx.xx.1953-cü il təvəllüdlü X8 “Ağsu RMX” PHŞ-i tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Ağsu rayonu, Aratlı-Curuglu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, xx.xx.1953-cü ildə anadan olmuş, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 qəbri həqiqətən hal-hazırda Ağsu rayonu, Aratlı-Curuğlu kənd qəbristanlığındadır. - Ağsu rayonu, Aratlı-Curuglu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 16 nömrəli arayışdan görünür ki, X4 hal-hazırda Ağsu rayonu, Aratlı-Curuğlu kənd qəbristanlığında dəfn olunmuşdur. - Foto şəkillərdən görünür ki, X2 xx.xx.1953-cü il tarixdə anadan olmaqla xx.xx.2019-cu ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi əri xx.xx.1953-cü il təvəllüdlü X11 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Lakin mərhumların ailə üzvləri onun ölüm faktlarını təsdiq edən tibbi şəhadətnamələri almamışlar. Ərizəçi ərinin ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamələrinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin xx.xx.1953-cü il təvəllüdlü X11 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1953-cü il tarixdə Ağsu rayonu, Aratkənd kəndində anadan olmuşdur X6 xx.xx.2019-cu il tarixdə Ağsu şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü il tarixdə Ağsu rayonu, Aratkənd kəndində anadan olmuşdur X6 xx.xx.2019-cu ildə Ağsu şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-1233/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1233/2024
02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver