Məhkəmə qərarları › İş №2(016)-1310/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1310/2024

23.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1310/2024 23.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Ağsu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə əsasən Maraqlı şəxs üzərinə öhdəlik götürmüşdür ki, 10 gün müddəti ərzində birgə nikahdan anadan olmuş xx.xx.2017ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər biri üçün ayda 150 manat miqdarında ümumilikdə 300 manat miqdarında aliment ödəyəcəkdir. Lakin Maraqlı şəxs üzərinə götürdüyü həmin öhdəliyini tam icra etməmiş bugünədək hər hansı ödəniş etməmişdir. Proses iştirakçıları məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər və gəlməməklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Proses iştirakçılarının məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, mediasiya prosesində birinci tərəf Ərizəçi razılaşıb ki, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 atası Maraqlı şəxs himayəsinə verilməsinə razıdır. Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 anası Ərizəçi himayəsinə verilməsinə Maraqlı şəxs razıdır və tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər biri üçün ayda 150 manat miqdarında ümumilikdə 300 manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi barədə üzərinə öhdəlik götürdü. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Maraqlı şəxs qızı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X5 atası Maraqlı şəxs himayəsində saxlanılsın. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2012ci il təvəllüdlü X3 anaları Ərizəçi himayəsində saxlanılsın. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq (hər ayın sonuncu günündən gec olmayaraq) anası - Ərizəçi ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar