Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1647/2024 26.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış ******* saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Şəki 1 saylı Mediasiya Təşkilatına tabe mediator X6 ******* saylı barışıq sazişi ilə onunla maraqlı tərəf arasındakı barışıq sazişini təsdiq etmişdir. Həmin barışıq sazişinə əsasən birgə nikah dövründə anadan olmuş X3 ana himayəsində qalmalı və onun atası Maraqlı şəxs öz oğluna yetkinlik yaşına çatanadək hər ay 200 manat aliment ödəməlidir. Uşaqla ünsiyyət hər ayın 4 gününü oğlu X3 məktəbdə olmadığı vaxtda evdən aparmaq və deyilən vaxtda geri gətirmək şərtilə görüşə bilərlər. Maraqlı şəxs hər ayın 4 gününü oğlu X2 ana himayəsinə verilməsinə və atası Maraqlı şəxs 200 manat alimenti onun xeyrinə ödəməsinə razı olduğunu bidirmiş, oğlu X4 məktəb vaxtı olmayan gündə evdən aparmaq və deyilən vaxtda geri qaytarmasına razı olmuş və bunu öz imzası ilə təsdiqləmişdir. Onlar qarşılıqlı razılığa gələrək hər ay övladları - X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs 200 manat sabit pul məbləğində aliment ödənişini xx.xx.2024-cü il tarixindən hesablanmağa başlanılması və növbəti ayın 25-nə kimi aliment ödənilməsini öz öhdəsinə götürmüşlər. Bunu öz imzaları ilə təsdiq edib barışıq sazişi imzalamışlar. Hal-hazırda Maraqlı şəxs öhdəliyinə əməl etmir. Alimenti ödəmir. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, mediasiya prosesində tərəflər razılaşıb və öhdəlik götürüblər ki: - birgə nikahdan doğulmuş X3 yetkinlik yaşına çatanadək anası Ərizəçi himayəsində qalacaq; - X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay 200 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcək; - X1 üçün 200 manat sabit pul məbləğində aliment ödənişi xx.xx.2024-cü il tarixindən hesablanmağa başlanılacaq və aliment növbəti ayın 25-nə kimi ödəniləcək; - Maraqlı şəxs birgə nikahdan doğulmuş X3 ilə hər ayın 4 gününü məktəbdə olmadığı vaxtda evdən apara və deyilən vaxtda geri gətirmək şərtilə görüşə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin Maraqlı şəxs sazişdə göstərilən şərtləri yerinə yetirməyi öhdəsinə götürsə də, buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. xx.xx.2016-cı il təvəllüdlü X3 anası Ərizəçi yanında saxlanılsın. Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. X1 üçün 200 manat sabit pul məbləğində aliment ödənişi xx.xx.2024-cü il tarixindən hesablanmağa başlanılsın və aliment növbəti ayın 25-nə kimi ödənilsin. Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X3 ilə hər ayın 4 gününü məktəbdə olmadığı vaxtda evdən aparmaq və deyilən vaxtda geri gətirmək şərtilə görüşüb ünsiyyətdə olsun. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-1647/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1647/2024
26.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver