Məhkəmə qərarları › İş №2(016)-1684/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1684/2025

13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1684/2025 13.01.2026 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1993-cü il təvəllüdlü mərhum X1nın xx.xx.1993-cü ildə ölümünun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X6 onun doğma bacısıdır və xx.xx.1993-cü il təvəllüdlü idi. Bacısı xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Ağsu rayonu Qəşəd kəndində yerləşən və valideynlərindən miras qalmış daşınmaz əmlakı adına keçirtmək istəyirmiş. Bu məqsədlə ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün Ağsu rayon Notariat kontoruna müraciət etmişdir. Orada sənədləri araşdırılmış və bacısının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bacısı rəhmətə getdikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışdırlar. O, Maraqlı şəxsnə müraciət etmişdir. Oradan ölüm şəhadətnaməsinin verilməsindən imtina edilməsi və məhkəməyə müraciət edilməsi göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, vəfat edən onun bacısıdır. X1 xx.xx.1993-cü il tarixdə vəfat etmiş və Ağsu rayonu, Qəşəd kənd qəbirstanlığında dəfn edilmişdir. Hüzrdə qohumlar və qonşular iştirak etmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X4 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qonşudur. X6 xx.xx.1993-cü ildə anadan olmuşdur. Çox yaşamamışdır, təxminən 1-2 ay yaşamışdır. Dəfnində şəxsən iştirak etmişdir. Ağsu rayonu, Qəşəd kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X7 izahat verərək bildirmişdir ki, ərizəçi ilə həm qohum, həm də qonşudur. Yas mərasimində o da iştirak edib. Uşaq 1993-cü ildə vəfat etmişdir. Ağsu rayonu, Qəşəd kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-11-430/2025 saylı məktubundan görünür ki, X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - Ağsu rayonu Qəşəd kənd ərazi idarəsi tərəfindən verilmiş XVİİİ-ЖГ № 321987 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1993cü il tarixdə Ağsu rayonu, Qəşəd kəndində anadan olmuşdur. X15, anası isə Cəbiyeva Süsəndir. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-25/2-C-8xx-xx-1198/2025 saylı məktubdan görünür ki, X6 xx.xx.1993-cü ildə vəfat etdiyi üçün, onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunub. - Ağsu rayonu, Bico Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, X6 həqiqətən xx.xx.1993-cü ildə Ağsu rayonu Qəşəd kəndində doğulmuş və xx.xx.1993-cü il tarixdə Ağsu rayonunun Qəşəd kəndində vəfat etmiş və Ağsu rayonu, Qəşəd kənd qəbiristanlığında dəfn edilmişdir. Həqiqətən qəbrin üstündəki lövhədə ölüm tarixi qeyd edilmişdir. - X11, X8, X5 və X3 iştirakları tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktından görünür ki, Ağsu rayonu, Qəşəd kənd sakini X6 həqiqətən xx.xx.1993-cü il tarixində Ağsu rayonu, Qəşəd kəndində vəfat etmiş və Ağsu rayonunun Qəşəd kənd qəbirstanlığında dəfn olunmuşdur. - Foto şəkillərdən görünür ki, torpağın üzərinə yerləşdirilmiş lövhədə X2 xx.xx.1993-cü il tarixdə anadan olmaqla xx.xx.1993-cü ildə vəfat etməsi qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi bacısı xx.xx.1993-cü il təvəllüdlü X6 xx.xx.1993-cü il tarixdə Ağsu rayonunda vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri onun ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni almamışlar. Ərizəçi bacısının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamələrinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin xx.xx.1993-cü il təvəllüdlü X2 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1993-cü il tarixdə Ağsu rayonu, Qəşəd kəndində anadan olmuş X2 xx.xx.1993-cü il tarixdə Ağsu rayonu, Qəşəd kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə Ağsu rayonu, Qəşəd kəndində anadan olmuş X2 xx.xx.1993-cü ildə Ağsu rayonu, Qəşəd kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar