Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-297/2024 15.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1989-cu il tarixdə anadan olmuş və xx.xx.1989-cu il tarixdə Ağsu rayonu, Daşdəmirbəyli kəndində vəfat etmiş övladı X4 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Ağsu rayonu, Daşdəmirbəyli kəndində anadan olmuşdur. X8 ilə el adətinə uyğun olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.1989-cu ildə X6 adlı uşaqları anadan olmuşdur. Lakin övladı X6 xx.xx.1989-cu il tarixdə vəfat etmiş, onu qəbristanlıqda dəfn etmişlər. Mərhum uşağın dəfnində qohum əqrəbaları da iştirak etmişdir. Uşaq rəhmətə getdikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar. Mərhumun ölümünün qeydə alınıbalınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də orada uşağın ölüm akt qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Digər tərəfdən, mərhum qızının ölüm faktının müəyyən edilməsi miras qalmış torpaq sahəsinin vərəsələri arasında bərabər payda bölünməsi üçün lazımdır. Notariat kontoru mərhum qızının ölüm şəhadətnaməsini təqdim etdikdən sonra müvafiq notariat hərəkətlərinin aparılacağını bildirmişdir. Mərhum uşağının xx.xx.1989-cu il tarixdə Ağsu rayonu, Daşdəmirbəyli kəndində vəfat etməsi və onu yas mərasimində iştirak edən şəxslərin iştirakı ilə Ağsu rayonu, Daşdəmirbəyli kənd qəbristanlığında dəfn etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - XİV-ЖГ seriyalı 372610 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1989-cu il tarixdə Ağsu rayonu, Daşdəmirbəyli kəndində anadan olmaqla, atası Ərizəçi, anası X7r. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 “Ağsu RMX” PHŞ tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Foto şəkillərdən görünür ki, X6 xx.xx.1989-cu il tarixdə anadan olmaqla xx.xx.1989cu ildə vəfat etmişdir. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, mərhum uşaq bacısının qızıdır. Uşaq doğulduqdan 4-5 ay sonra vəfat etmiş, Daşdəmirbəyli kəndində dəfn etmişlər. O da yas mərasimində iştirak etmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi qonşusu və qardaşının oğludur. Mərhum uşaq 1989-cu ildə anadan olmuş, anadan olduqdan 4-5 ay sonra vəfat etmişdir. Uşaq özü xəstə olmuş, bu səbəbdən vəfat etmişdir. Uşağın yas mərasimində iştirak etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X4 xx.xx.1989cu il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin miras əmlakın qəbul edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi oğlunun ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.1989-cu il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X4 xx.xx.1989-cu il tarixdə Ağsu rayonu, Daşdəmirbəyli kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-297/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-297/2024
15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver