Məhkəmə qərarları › İş №2(016)-302/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-302/2023

02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-302/2023 02.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, X1 iştirakı ilə, X1 maraqlı şəxs Ağsu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 14 fevral 1989-cu ildə anadan olmuş və 01 may 2000-ci ildə Ağsu rayonu, Zərqava kəndində vəfat etmiş mərhum uşağı X5 ölümünün qeyd edilmə faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 28 may 1965-ci ildə Ağsu rayonu, Zərqava kəndində anadan olmuşdur. X11 ilə el adətinə uyğun olaraq evlənmişlər, birgə nikahlarından 14 fevral 1989-cu ildə Seyyab adlı uşaqları anadan olmuşdur. Lakin uşaqları X12 17 may 2000-ci il tarixdə vəfat etmiş və onu qəbristanlıqda dəfn etmişlər. Mərhum uşağın dəfnində qohum əqrəbaları, onları tanıyanlar da iştirak etmişlər. Uşaq rəhmətə getdikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar. Mərhumun ölümünün qeydə alınıb alınmaması barədə Ağsu Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də orda uşağın ölüm akt qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Digər tərəfdən mərhum uşağının ölüm faktının müəyyən edilməsi miras qalmış torpaq sahəsinin vərəsələr arasında bərabər payda bölünməsi üçün lazımdır. Notariat kontoru mərhum oğlunun ölüm şəhadətnaməsini təqdim etdikdən sonra müvafiq notariat hərəkətlərinin aparılacağını bildirmişdir. Mərhum uşağı X12 17 may 2000-ci il tarixdə Ağsu rayonu, Zərqava kəndində vəfat etmiş və onun yas mərasimlərində iştirak edən şəxslərin iştirakı ilə Ağsu rayonu, Zərqava kənd qəbristanlığında dəfn edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 14 fevral 1989-cu il tarixdə Ağsu rayonu, Zərqava kəndində anadan olmaqla, atası X11, anası X10r. İş materiallarında olan Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2022-ci il tarixli, 573 saylı məktubda bildirilmişdir ki, X5 ölümü haqqında akt qeydi Ağsu Rayon Qeydiyyat Şöbəsində aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə X17, X23, X14 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, X12 14 fevral 1989-cu il tarixdə Ağsu rayonu, Zərqava kəndində anadan olmuş, 17 may 2000-ci il tarixdə vəfat etmiş və onların iştirakları ilə Ağsu rayonu, Zərqava kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının X32 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 rayonu, Zərqava kəndində qeydiyyatda olmaq və yaşamaqla aşağıdakı tərkibdə ailə üzvləri var. Arvadı - X15, qızı - X16, oğlu - X13. İş materiallarında olan foto şəkillərdən görünür ki, X5 xx.xx.1989-cu il tarixdə anadan olmaqla xx.xx.2000-ci ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. X9 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçinin qardaşıdır. X2 xx.xx.2000-ci tarixdə kənddə dəfn etmişlər. Ağ qan qırmızı qanı yeyirdi, ağır xəstəlikdən sonra vəfat etmişdir. X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, ərizəçinin həmkəndlisidir. X3 2000-ci ilin may ayında rəhmətə getmişdir. Qan xəstəlyindən rəhmətə getmiş, Zərqava qəbristanlığında dəfn olunmuşdur. Onun yas mərasimində həmkəndli kimi iştirak etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X5 xx.xx.2000ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin miras qalmış torpaq sahəsinin vərəsələr arasında bərabər payda bölünməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi oğlunun ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2000-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X5 xx.xx.2000-ci il tarixdə Ağsu rayonu, Zərqava kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar