Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-358/2024 27.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək 21 iyul 1982-ci ildə anadan olmuş və 02 yanvar 1983-cü ildə Ağsu şəhərində vəfat etmiş qızı X5 ölümünun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxx 1959-cu ildə Ağsu şəhərində anadan olmuşdur. X9 ilə el adətinə uyğun olaraq evlənmişdir. Birgə nikahlarından 21 iyul 1982-ci ildə Qumru adlı uşaqları anadan olmuşdur. Lakin uşaqları X10 02 yanvar 1983-cü ildə vəfat etmiş və onu qəbiristanlıqda dəfn etmişlər. Mərhum uşaqlarının dəfnində qohum əqrabaları, onları tanıyanlar iştirak etmişdirlər. Mərhum uşağı rəhmətə getdikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar. Qızının ölümünün qeydə alınıb-alınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də orada uşağın ölüm aktı qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Mərhum qızı X10 02 yanvar 1983-cü il tarixdə Ağsu şəhərində vəfat etmiş və onu kənd camaatının iştirakı ilə Ağsu rayonu Pirhəsənli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin vaxt Ağsu şəhərinə təzə köçmüşdürlər, qızı rəhmətə gedərkən başları qarışıq olduğu üçün qeydiyyat şöbəsinə müraciət etmək ağıllarına gəlməyib, hüzürdə qohumlar iştirak ediblər, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X1 izahat verərək bildirmişdir ki, ərizəçini tanıyır. Ərizəçinin qızı X6 qıcolma xəstəliyi var idi. 02 yanvar 1983cü il tarixdə Gecə vaxtı qıcolması tutmuş bundan sonra uşaq rəhmətə getmiş və Ağsu rayonu Pirhəsənli kənd qəbiristanlığında bibisinin yanında dəfn edilmişdir. Ərizəçinin qızı rəhmətə gedəndə şahid olmuş, onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X7 izahat verərək bildirmişdir ki, ərizəçinin həyat yoldaşının bacısıdır. Ərizəçinin qızı rəhmətə gedəndə şahid olmuş, onun dəfnində iştirak etmişdir. Hüzür onların evində keçirilmişdir X10 02 yanvar 1983-cü il tarixdə vəfat etmiş o, Ağsu rayonu Pirhəsənli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X10 21 iyul 1982-ci il tarixdə Ağsu şəhərində anadan olmuşdur. X3, anası Ərizəçidır. - Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 11-885/2023 saylı məktubla müəyyən edilir ki, X5 ölümü haqqında akt qeydi şöbədə aşkar edilməmişdir. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Pirhəsənli kə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Mütəllimov,X8 və Ərizəçi xx.xx.1982-ci il təvəllüdlü Ağsu şəhər sakini X5 doğumundan 6 ay sonra qıc olma xəstəliyindən vəfat etmişdir,o Ağsu rayonu Pirhəsənli kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhum körpə olduğu üçün başdaşı qoyumamışdır. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-25/2-A-2-31-62/24 saylı aarayışdan görünür ki, 21 iyul 1982-ci il təvəllüdlü X10 barəsində “Ağsu RMX” PHŞ tərəfindən hər hansı bir məlumat daxil olmamış və ölüm haqqında tibbi şəhadətnamə yazılmamışdır. - Foto şəkillərdən görünür ki, X2 olduğu üçün ona qəbir üstü daşı qoyulmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qızı xx.xx.1982-ci təvəllüdlü X10 xx.xx.1983-cü il tarixdə Ağsu şəhərində vəfat etmiş. Lakin mərhumun ailə üzvləri onun ölüm faktlarını təsdiq edən tibbi şəhadətnamələri almamışlar. Ərizəçi qızının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamələrinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin xx.xx.1982-ci təvəllüdlü X5 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 21 iyul 1982-ci ildə Ağsu şəhərində anadan olmuş X5 02 yanvar 1983-cü ildə Ağsu şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 iyul 1982-ci ildə Ağsu şəhərində anadan olmuş X5 02 yanvar 1983-cü ildə Ağsu şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-358/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-358/2024
27.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver