Məhkəmə qərarları › İş №2(016)-430/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-430/2023

15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-430/2023 15.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X10 iştirakı ilə, X1 maraqlı şəxs Ağsu rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 16 sentyabr 1960-cı il təvəllüdlü doğma qardaşı X18 doğuşdan iki ay sonra xx.xx.1960-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü doğma qardaşı X18 ölüm faktı Ağsu rayon Qeydiyyat şöbəsində qeydə alınmamışdır. Belə ki, qardaşı X18 xx.xx.1960-cı ildə dünyaya gəlməsi və iki ay sonra vəfat etməsi sonradan onlara məlum olmuşdur. Atasından qalan mirasın qəbul edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyənləşdirilmiş 6 ay müddət keçdiyindən məhkəmə qaydasında üzürlü səbəblərdən müddətin uzadılmasını xahiş etmişdir. Məhkəmə sorğusuna əsasən Ağsu rayon Qeydiyyat şöbəsi vərəsələrdən biri doğma qardaşı X24 barəsində məlumat vermişdir. Onun və qardaş bacılarının bu barədə məlumatları olmamışdır. Mərhum valideyinləri də onlara bu barədə heçnə bildirməmişlər. Kalva kənd ağsaqqallarından sorğu-sual edəndən sonra ona və qardaş bacılarına bildirmişlər ki, mərhum qardaşları doğuşdan sonra cəmi iki ay yaşayaraq vəfat etmişdir və onun dəfnində bilavasitə özləri iştirak etmişlər. Bununla bağlı Ağsu rayon Qeydiyyat şöbəsinə rəsmi müraciət edərək doğma qardaşı X18 ölüm haqqında şəhadətnaməsinin verilməsini xahiş etmiş, Ağsu rayon Qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixdə 162 №-li cavab məktubunda bildirmişdir ki, X18 doğumu xx.xx.1960-cı il tarixdə 116 saylı aktla Ağsu rayonu Kalva kənd icra nümayəndəliyində qeydə alınmışdır. X5 ölüm haqqında akt qeydi Ağsu rayon Qeydiyyat şöbəsinin arxivində aşkar edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçinin nümayəndəsi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X24 26 avqust 1960-cı il tarixdə Ağsu rayonu, Kalva kəndində anadan olmaqla, atası X13, anası X4r. İş materiallarında olan Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən X11 ünvanlanan xx.xx.2023-cü il tarixli, 162 saylı məktubda bildirilmişdir ki, X18 ölümü haqqında akt qeydi Ağsu rayon Qeydiyyat şöbəsinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə X20, X14, X12 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, dünyalarını dəyişmiş Kalva kənd sakinləri X7 X8 ilə birgə nikahdan xx.xx.1960-cı il tarixdə oğlu X21 doğulmuşdur. X9 doğuşdan 2 ay onra vəfat etmişdir. Ölüm səbəbi onlara məlum olmasa da X15 Kalva kəndinin cənub şərqində yerləşən qəbristanlıqda dəfn mərasimində iştirak etmişlər. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi qaynıdır. Hüzür mərasimində iştirak etmişdir. Mərhumu Kalva kənd qəbristanlığında dəfn etmişlər. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, mərhumun bacısıdır. X21 doğuşdan iki ay sonra ölmüşdür. Onun ölüm səbəbi məlum olmamışdır. Hüzür mərasimində iştirak etmişdir. Onu Kalva kənd qəbristanlığında dəfn etmişlər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X18 xx.xx.1960-cı il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mirasın qəbul edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X18 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi qardaşının ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X18 xx.xx.1960-cı il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X18 xx.xx.1960-cı il tarixdə Ağsu rayonu, Kalva kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar