Məhkəmə qərarları › İş №2(016)-431/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-431/2024

22.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-431/2024 22.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1963-cü il tarixdə anadan olmuş və xx.xx.1987-ci il tarixdə vəfat etmiş əmisi X8 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1986-cı ildə Ağsu rayonunun Hacısəmədli kəndində anadan olmuş, X4, nənəsi isə X15 olmuşdur. Baba və nənəsinin birgə nikahından iki uşaqları olmuşdur: atası X10 və əmisi X17. X4 21 dekabr 1986-cı ildə, nənəsi X15 01 dekabr 2007-ci ildə, əmisi X17 10 fevral 1987-ci ildə, atası X10 isə 09 avqust 2016-cı il tarixdə vəfat etmişlər. Mərhum əmisinin ondan başqa sağ olan heç bir qohumu yoxdur. Baba və nənəsi, eyni zamanda onların övladları olan atası və əmisi də rəhmətə getmişdir. Mərhum əmisinin heç bir evliliyi və heç bir övladı olmamışdır. O, Ağsu rayonunda yerləşən və valideynlərindən miras qalmış daşınmaz əmlakı adına keçirmək istəyir. Bu məqsədlə ona vərəsəlik şahədətnaməsi verilməsi üçün Ağsu rayon Notariat Kontoruna müraciət etmişdir. Orada sənədləri araşdırlmış və əmisinin ölüm şəhadətnaməsi tələb olunmuşdur. Əmisi rəhmətə getdikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışdır. Əmisinin ölümünün qeydə alınıb-alınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də, orada əmisinin ölüm akt qeydi tapılmamış və ona aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Mərhum əmisi X17 10 fevral 1987ci ildə Ağsu rayonunun Hacısəmədli kəndində vəfat etmiş və onu kənd camaatının iştirakı ilə Ağsu rayonu İlxıçı kənd qəbristanlığında dəfn etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Doğum haqqında arayış”-dan görünür ki, X17 xx.xx.1963-cü il tarixdə Ağsu rayonu, Xasıdərə kəndində anadan olmaqla, atası “X21”, anası “X16”dır. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Ölüm haqqında arayış”-dan görünür ki, X16 xx.xx.2007-ci ildə Ağsu rayonu, Hacısəmədli kəndində ölmüşdür. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Ölüm haqqında arayış”-dan görünür ki, X20 xx.xx.1970-ci ildə Ağsu rayonu, İlxıçı kəndində ölmüşdür. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Ölüm haqqında arayış”-dan görünür ki, X11 xx.xx.2016-cı ildə Ağsu rayonu, Hacısəmədli kəndində ölmüşdür. - X12 və X6 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Ağsu rayonu, Hacısəmədli kənd sakini X17 xx.xx.1987-ci il tarixdə vəfat etmiş və Ağsu rayonu İlxıçı kənd qəbristanlığında dəfn olunmuşdur. Onlar həmin dəfn mərasimində iştirak etmişlər. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X8 ölümü barəsində Maraqlı şəxs arxivində heç bir məlumat aşkar edilməmişdir. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X13 “Ağsu RMX” PHŞ tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Qaraqoyunlu kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X18 xx.xx.1987-ci il tarixdə vəfat etmiş və Ağsu rayonu İlxıçı kənd qəbristanlığında dəfn olunmuşdur. - Foto şəkillərdən görünür ki, X9 xx.xx.1963-cü il tarixdə anadan olmaqla xx.xx.1987-ci ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi qonşusudur. O, həmin vaxt Ağsuda tikinti idarəsində işləyirmiş. Elə orda eşitmişdir ki, Seymur rəhmətə gedib. Onu İlxıçı kənd qəbirəsanığında dəfn etdilər. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi qızının yoldaşıdır. O, Seymur rəhmətə gedən vaxtı kolxozda sürücü işləyirmiş. İli dəqiq yadında qalmayıb. Xəbər gəlmişdir ki, kürəkəninin əmisi Seymur ölüb. O da dəfndə iştirak etmiş, X1 qəbristanığında dəfn edilmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X8 xx.xx.1987-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin vərəsəlik işi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X8 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi əmisinin ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X8 xx.xx.1987-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X8 xx.xx.1987-ci il tarixdə Ağsu rayonu, İlxıçı kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar