Məhkəmə qərarları › İş №2(016)-513/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-513/2023

17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-513/2023 17.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 maraqlı şəxs Ağsu rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1990-cı il tarixdə anadan olmuş və xx.xx.2004-cü il tarixdə Ağsu rayonu, Ağarx kəndinbdə vəfat etmiş qardaşı X8 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qardaşı X14 xx.xx.1990-cı ildə anadan olmuş və xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. O, Ağsu rayonunun Ağarx kəndində yerləşən və valideynlərindən miras qalmış daşınmaz əmlakı adına keçirmək istəyir. Bu məqsədlə ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün Ağsu rayon Notariat Kontoruna müraciət etmiş, orda sənədləri araşdırılmış və qardaşının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Qardaşı rəhmətə getdikdən sonra onun ölümü qeydiyyat orqanlarında qeydə alınmamışdır. Qardaşının ölümünün qeydə alınıb-alınmaması barədə Ağsu rayon Qeydiyyat şöbəsinə müraciət etsə də orda qardaşının ölüm akt qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Mərhum qardaşı X14 xx.xx.2004-cü il tarixdə Ağsu rayonu, Ağarx kəndində vəfat etmiş və onu kənd camaatının iştirakı ilə Ağsu rayonu, Ağarx kənd qəbristanlığında dəfn etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçinin ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X14 08 fevral 1990-cı il tarixdə Ağsu rayonu, Ağarx kəndində anadan olmaqla, atası X10, anası X6r. İş materiallarında olan Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən X11 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, X8 ölümü haqqında akt qeydi Ağsu rayon Qeydiyyat şöbəsinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə X19, X13, X4 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Ağarx kənd sakinləri X5 X12 ilə birgə nikahlarından xx.xx.1990cı il tarixdə X14 doğulmuşdur. X3 doğulduqdan 14 il sonra vəfat etmişdir. Ölüm səbəbi onlara məlum olmasa da X8 Ağarx kəndinin cənub-şərqində yerləşən qəbristanlıqda dəfn mərasimində iştirak etmişlər. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi qardaşının oğludur. Mərhum xəstə idi, 2004-cü ildə vəfat etmişdir. Qan xəstəliyindən öldü, 4 qardaşdan üçü eyni xəstəlikdən dünyasını dəyişib. Yas mərasimində iştirak etmiş, mərhumu Ağarx kənd qəbristanlığında dəfn olunmuşdur. X9 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi dayısı oğludur. X14 2004-cü il tarixdə qan xəstəliyindən dünyasını dəyişmişdir. Yas mərasimində iştirak etmiş, mərhumu kəndin qəbristanlığında dəfn etmişlər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X8 xx.xx.2004cü il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mirasın qəbul edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X8 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi qardaşının ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X8 xx.xx.2004-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X8 xx.xx.2004-cü il tarixdə Ağsu rayonu, Ağarx kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar