Məhkəmə qərarları › İş №2(016)-546/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-546/2023

12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-546/2023 12.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X6 və X7 ölüm faktlarının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 1961-ci ildə X15 ilə rəsmi nkaha daxil olmuşdur. Birgə nikahdan onların 5 övladları dünyaya gəlib. Onlardan xx.xx.1963-cü ildə X6 və xx.xx.1964-cü ildə X10 anadan olmuşlar. Onların hər birinə doğum haqqında şəhadətnamə alınmışdır. X6 və X10 doğulduqlarından 3 ay sonra xəstələnərək vəfat etmişlər. xx.xx.1970-ci il ildə həyat yoldaşı X15 vəfat etmişdir. Vərəsəliklə bağlı X6 və X7 ölüm haqqında şəhadətnamələrini almaq üçün Ağsu rayonu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir və həmin şöbədə övladlarının ölümləri haqqında şəhadətnamələrinin qeydə alınmaması barədə həmin şöbədən arayış almışdır. Vəfat etmiş X6 və X8 vəfat etdikdən sonra qohumları ilə birlikdə Ağsu rayonu, Rəhimağalı kənd qəbristanlığında dəfn etmişlər və hal-hazırda onların qəbirləri həmin qəbristanlıqda yerləşir. Körpə olduqlarına görə vəfat etmiş övladlarına qəbirüstü daş qoyulmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçinin nümayəndəsi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X6 26 fevral 1963-cü il tarixdə Ağsu şəhərində anadan olmaqla, atası X15, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X10 16 avqust 1964-cü il tarixdə Ağsu şəhərində anadan olmaqla, atası X15, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, X6 və X7 ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Ağsu rayonu Bələdiyyə sədrinin müavini X11, ünvan 2 ünvanında yaşayan Ərizəçi, ünvan 3aşayan X2 və ünvan 4anında yaşayan X3 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.1963-cü il tarixdə X1 rayonunda anadan olmuş və 3 ay sonra xəstələnərək vəfat etmişdir. Həmçinin, xx.xx.1964-cü il tarixdə X4 rayonunda anadan olmuş və 3 ay sonra xəstəlikdən vəfat etmişdir. X5 və X9 doğulduqdan sonra Ağsu rayon VVAQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamələri Ərizəçi əyani surətdə təqdim etmişdir. X6 və X10 vəfat etdikdən sonra Ağsu rayonu, Rəhimağalı kənd qəbristanlığında dəfn edilmiş və onlar körpə olduqlarına görə onlara qəbirüstü daşı qoyulmamışdur. Məhkəmə baxışı zamanı müəyən edilmişdir ki, ərizəçi 1961-ci ildə X15 ilə rəsmi nkaha daxil olmuş, onların birgə nikahlarıdan xx.xx.1963-cü ildə X6, xx.xx.1964-cü ildə X10 anadan olmuşlar. Onların hər birinə doğum haqqında şəhadətnamə verilmişdir. Doğulduqlarından bir müddət sonra X6 və X10 xəstələnərək vəfat etmişlər. Onların ölümü vətəndaş vəziyyəti aklarında qeydə alınmamışdır. Həmçinin, müəyyən edilmişdir ki, ərizəçi, yəni X6 və X7 anası övladlarının nə zaman vəfat etməsini bilmir və buna dair sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəçi iddia tələbinin əsasını təşkil edən halları sübut etməlidir. MPM-in 217.4.-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən, hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, sübut etmə vəzifəsi ərizəçinin üzərinə düşsə də o, tələb etdiyi hallara dair mötəbər sübutları, yəni övladları X6 və X7 nə zaman vəfat etmələrini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar