Məhkəmə qərarları › İş №2(016)-548/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-548/2025

15.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-548/2025 15.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1948-cü il tarixdə anadan olmuş və xx.xx.2025-ci il tarixdə vəfat etmiş qardaşı X2 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qardaşı X3 05 dekabr 1948-ci ildə anadan olmuş və 26 fevral 2025-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı Ağsu Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etməli olduqları tövsiyə edilmişdir. Bundan sonra Maraqlı şəxs də ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının qeydiyyata alınmasından imtina etmişdir. Bu baradə ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Göründüyü kimi ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən olunması ona ilk növbədə ölüm haqqında şəhadətnamənin alınması və ondan sonra yarana biləcək hüquqlar üçün lazımdır. Mərhum qardaşı X3 26 fevral 2025-ci ildə Ağsu rayonu Qəşəd kəndində vəfat etmiş və onu kənd camaatının iştirakı ilə Ağsu rayonu Qəşəd kənd qəbirstanlığında dəfn etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çox olması ilə əlaqədar olaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 02 oktyabr 2001-ci il tarixli 100 saylı əmri ilə təsdiq edilmiş, ölüm (106) haqqında tibbi şəhadətnamə səhiyyə müəssisəsinin müalicə həkiminin xəstəni müşahidəsi və xəstənin ölümünə qədərki vəziyyətini əks etdirən tibbi sənədlərdəki qeydlər əsasında və ya pataloqanatom tərəfindən tibbi sənədlərə və yarmanın nəticələri ilə tanış olduqdan sonra verilir. X11 Ağabala adına heç bir tibbi müşahidə və bu barədə sənədləri olmadığı üçün ölüm (106) haqqında tibbi şəhadətnamə verilməsi səlahiyyətləri xaricindədir. - xx.xx.2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X3 xx.xx.1948-ci il tarixdə Ağsu rayonu, Qəşəd kəndində anadan olmaqla, atası X5, anası X1r. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qardaşı xx.xx.1948-ci il təvəllüdlü X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - 18 mart 2025-ci il tarixdə X14, X9, X15 və Ərizəçi iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətən xx.xx.1948-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixində Ağsu rayonunun Qəşəd kənd qəbirstanlığında dəfn olunmuşdur. Dəfn mərasimində mərhumun qardaşı Ərizəçi, bacısı oğlu X9, yaxın qohumu X15 və kənd əhalisinin əksər hissəsi iştirak etmişdir. X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Qəşəd kəndində X2 dəfnində iştirak etmişdir. Mərhum infrakt keçirmişdi, 1 il yaşadıqdan sonra dünyasını dəyişmişdir. Mərhumun yas mərasimində iştirak etmişdir. Mərhum Qəşəd kənd qəbirstanlığında dəfn olunmuşdur. X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, mərhum onun əmisi oğludur, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onun dəfn və yas mərasimində iştirak etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X2 xx.xx.2025ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mirasın qəbul edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınması və ondan sonra yarana biləcək hüquqlardan istifadə edilməsi üçün vacib olduğundan, ərizəçi qardaşının ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2025-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Qəşəd kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar