Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-549/2025 10.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum anası X1 ölüm şəhadətnaməsinin alınması və gələcəkdə meydana çıxan daşınmaz əmlakla əlaqədar hüquqi hərəkətlərin edilməsindən ötrü onun 01 mart 2025-ci il tarixində ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, anası - 1946-cı il təvəllüdlü X3 ilə yaşayırmış. Anası 02 mart 2025-ci il tarixində təxminən səhər saat 05 radəsində yatdığı yerdə ölmüşdür. Onun 78 yaşı olmuş, əvvəllər elə bir xəstəlik keçirməmişdir. Odur ki, ən əvvəl ünvan 1 ünvanında yaşayan bacısı X6 mobil telefonla məlumat vermiş, o da dərhal onlara gəlib vəziyyəti görmüş və artıq tibbi yardım üçün həkim çağırmağa lüzum bilməmişlər. Bundan sonra da digər yaxın qohum və qonşulara xəbər göndərdiklərindən onlar da gəlmişlər. Həmin günü səhər saat 07:00 radəsində bir yerdə işlədiyi Ağsu rayonunun Pirhəsənli kəndində yaşayan X5 da bu haqda məlumat verib işə gələ bilməyəcəyini bildirmişdir. Həmin günü, yəni 02 mart 2025-ci il tarixdə anasının cənazəsi Ağsu şəhərinə aid olan “Şıx Dursun” adlanan qəbristanlıqda dəfn edilmişdir. Həmin dəfndə iş yoldaşı X8 da iştirak etmiş, konkret olaraq hansı yerdə torpağa tapşırılmasını görən şahidlərdən biri də o olmuşdur. Savadsızlığı üzündən təcili-tibbi yardımdan həkim çağırmamışlar ki, gəlib baxıb ölüm haqqında arayış versinlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çox olması səbəbindən məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 05864823 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1946-cı il tarixdə doğulmuşdur. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1946-cı il təvəllüdlü X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, anası X3 “Ağsu RMX” PHŞnə hər hansı bir xəstəliklə əlaqədar müraciət etməmişdir. Anasının adına heç bir tibbi müşahidə və bu barədə sənədləri olmadığı, onda ani və qəfləti ölüm olduğu üçün ölüm (106) haqqında tibbi şəhadətnamə verilməsi səlahiyyətləri xaricindədir. - Foto şəkillərdən görünür ki, X1 xx.xx.1946-cı il tarixdə anadan olmaqla xx.xx.2025ci ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Anası mərhum X3 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, xx.xx.2025-ci il tarixdə də dəfn edilmişdir. Anası 77 yaşında vəfat etmiş, onun heç bir xəstəliyi olmamışdır. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun işçisidir. O, mart ayının 2-si səhər saat 07:00-da ona zəng edib bildirmişdir ki, anası rəhmətə gedib, bu səbəbdən işə çıxa bilməyəcək. O, saat 08:30-da onların evinə getmiş, həqiqətən də anasının vəfat etdiyini görmüş, yas mərasimində iştirak etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X1 xx.xx.2025ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mirasın qəbul edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin daşınmaz əmlakla əlaqədar hüquqi hərəkətlərin edilməsi üçün vacib olduğundan, ərizəçi anasının ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2025-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Ağsu şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-549/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-549/2025
10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver