Məhkəmə qərarları › İş №2(016)-552/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-552/2024

07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-552/2024 07.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1976-cı il tarixdə anadan olmuş və xx.xx.1995-ci il tarixdə vəfat etmiş X2 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qardaşı X5 xx.xx.1976-cı il tarixdə anadan olmuş və xx.xx.1995-ci il tarixdə vəfat etmiş, Ağsu rayonu, Gəgəli kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. İndiyə qədər qardaşının ölüm haqqında şəhadətnaməsini almamışlar. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və X2 ölüm akt qeydi aşkar edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İV-ЖГ seriyalı 289109 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1976-cı il tarixdə doğulmuş, atasının “X6”, anasının “X7” olması qeyd edilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 “Ağsu RMX” PHŞ-i tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Foto şəkillərdən görünür ki, X2 xx.xx.1976-cı il tarixdə anadan olmaqla xx.xx.1995ci ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun dayısı oğludur. Gəgəli kəndində yaşayır. Xəbər gəlmişdir ki, İbadulla müəllimin oğlu rəhmətə gedib. Kənddə hamı bir-birini tanıyır. xx.xx.1995-ci il tarixdə onu gətirib dəfn etmişlər. Dəfninə hərbçilər, komandirlər də gəlmişdir. Gəncədə qulluq edirdi, orda rəhmətə getmişdi. Niyə rəhmətə getdiyini bilməmişlər. Mərhum Gəgəli kənd qəbristanlığında dəfn olunmuşdur. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, mərhum onun dayısı oğludur. xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində hərbi xidmət zamanı vəfat etmişdir. Gəgəli kənd qəbristanlığında dəfn olunmuşdur. Yas mərasimində iştirak etmişəm. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X2 xx.xx.1995ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin çıxarışın əldə edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi qardaşının ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1995-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü X2 xx.xx.1995-ci il tarixdə ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar