Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-610/2023 07.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 27 yanvar *994-cü ildə anadan olmuş və 09 mart 2003-cü ildə Ağsu rayonu, Gəgəli kəndində vəfat etmiş mərhum uşağı X3 ölümünün qeyd edilmə faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, ** avqust *96*-ci ildə Ağsu rayonu, Gəgəli kəndində anadan olmuşdur. X8 ilə el adətinə uyğun olaraq evlənmişlər, birgə nikahlarından 27 yanvar *994-cü ildə Vüsal adlı uşaqları anadan olmuşdur. Lakin uşaqları X9 09 mart 2003-cü il tarixdə vəfat etmiş və onu qəbristanlıqda dəfn etmişlər. Mərhum uşağın dəfnində qohum əqrəbaları, onları tanıyanlar da iştirak etmişlər. Uşaq rəhmətə getdikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar. Mərhumun ölümünün qeydə alınıb alınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də orda uşağın ölüm akt qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Digər tərəfdən, mərhum uşağının ölüm faktının müəyyən edilməsi miras qalmış torpaq sahəsinin vərəsələr arasında bərabər payda bölünməsi üçün lazımdır. Notariat kontoru mərhum oğlunun ölüm şəhadətnaməsini təqdim etdikdən sonra müvafiq notariat hərəkətlərinin aparılacağını bildirmişdir. Mərhum uşağı X9 09 mart 2003cü il tarixdə Ağsu rayonu, Gəgəli kəndində vəfat etmiş və onun yas mərasimlərində iştirak edən şəxslərin iştirakı ilə Ağsu rayonu, Gəgəli kənd qəbristanlığında dəfn edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) *85.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 27 yanvar *994-cü il tarixdə Ağsu rayonu, Gəgəli kəndində anadan olmaqla, atası Ərizəçi, anası X6r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanan *2.*5.2023-cü il tarixli məktubda bildirilmişdir ki, X3 ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Ərizəçi, X*0, X4, X7, X5 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, X9 09 mart 2003-cü il tarixdə vəfat etmiş və onların iştirakları ilə dəfn edilmişdir. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının X20 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş *0.05.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Ağsu rayonu, Gəgəli kəndində yaşayır. İş materiallarında olan foto şəkillərdən görünür ki, X3 27.0*.*994-cü il tarixdə anadan olmaqla xx.xx.2003-cü ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi iş yoldaşıdır. X9 2003-cü ilin mart ayında xəstəlikdən əziyyət çəkdiyi üçün dünyasını dəyişdi. Yas mərasimində iştirak etmişdir. X* məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi atasının dayısı oğludur. X9 xx.xx.2003-cü il tarixdə qızdırmadan dünyasını dəyişmişdir. O, mərhumun yas mərasimində iştirak etmiş, Gəgəli qəbristanlığında dəfn olunmuşdur. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X3 xx.xx.2003cü il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin miras qalmış torpaq sahəsinin vərəsələr arasında bərabər payda bölünməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi oğlunun ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2003-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 2*6-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27.0*.*994-cü il təvəllüdlü X3 xx.xx.2003-cü il tarixdə Ağsu rayonu, Gəgəli kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-610/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-610/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver