Məhkəmə qərarları › İş №2(016)-640/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-640/2025

23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-640/2025 23.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X18 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X2 ölüm şəhadətnaməsinin alınması və gələcəkdə meydana çıxan hüquqi hərəkətlərin edilməsindən ötrü onun 13 mart 2025-ci il tarixində ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar üç bacı bir qardaş olmuşlar. Hamısı Ağsu rayonunun Bəyimli kəndində doğulmuşlar. O, həmin kənddə ailəsi ilə birgə yaşayır. 69 yaşı vardır, qıçlarının ağrısından yeriyə bilmir. Zöhrə adlı bacısı Ağsu şəhərində yaşamış və təxminən 6 ay bundan əvvəl rəhmətə getmişdir. Digər bacısı İntizar Səməndər qızı hazırda Bakı şəhərində hər iki diz qapaqlarında əməliyyat olunduğundan müalicə olunur. Digər bacısı X1 şəhərində Melioratorlar qəsəbəsində tənha yaşamaqla son vaxtlar xəstəliyi artmışdı. Hiporteniya xəstəliyi var idi. 13 mart 2025-ci il tarixində günorta vaxtlarında qonşularından onlara xəbər vermişlər ki, Nərgizin halı pisdir, ölür. Doğrusu o, gedə bilməmişdir. X20 tez Nərgizin evinə getmiş və Nərgizi artıq ölmüş görmüş və həmçinin orada rayon xəstəxanasının Təcili Tibbi yardım şöbəsindən həkimlər də gəliblərmiş. Həkim Nərgizinin nəbzini yoxlayıb artıq öldüyünü, xəstəxanaya aparılmasına lüzum olmadığını bildirib və sonra getmişlər. Bundan sonra oğlu Əli təşkil edib Nərgizin cənazəsini kəndlərinin qəbiristanlığına gətirib orada dəfn olunmuşdur. Nərgizin hüzr xərclərini Əli çəkmiş və qəbr daşı düzəltdirib qəbrin üzərinə qoydurmuşdur. Bundan sonra Əli həmin sənədi aparıb Maraqlı şəxsnə təqdim edib ki, ölüm şəhadətnaməsi alsın. Orada bildirmişlər ki, ölümün səbəbi konkret göstərilmədiyindən ölüm Şəhadətnaməsini vermək mümkün deyildir. Bundan sonra Əli Ağsu rayon Mərkəzi Xəstəxanasının müdriyyətinin rəhbərliyinin qəbuluna gedərək, Qeydiyyat şöbəsinin Təcili və X8 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsində göstərilənlərin tam olmadığını, orada ölümün səbəbinin göstərilmədiyindən ölüm şəhadətnaməsi verilmədiyini bildirmiş, xəstəxana rəhbərliyi isə bundan əlavə orada qeydiyyat apara bilməyəcəklərini bildirmişlər. Əlavə etmişlər ki, xəstəxana şəraitində ölmüş olsaydı, deyilən formada verilə biləcəyini bildirilmişdir. Daha sonra oğlu Əli Səhiyyə Nazirliyinin Qaynar Xəttinə zəng edib şikayətini bildirmiş, oradan da ona Səhiyyə Nazirliyinin hansısa İdarəsinin telefon nömrəsini vermişlər, ora ilə də əlaqə saxlanmış, həmin İdarədən də bildirmişlər ki, yaranmış vəziyyətdə yalnız ərizə ilə məhkəməyə müraciət edib məhkəmə vasitəsi ilə nəticə əldə etmək olar. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, vəfat edən onun bacısıdır. 13 mart 2025-ci ildə ona bacısının qonşuları tərəfindən zəng olunaraq bacısının rəhmətə getdiyi bildirilmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X9 izahat verərək bildirmişdir ki, ərizəçinin bacısı ilə uzunmüddət qonşu olmuşdur. Həmin günü səhər Nərgizi görmüş, sonra uşaqlar zəng edib onun rəhmətə getdiyini bildirmişdirlər. Tarix tam yadında deyil, amma 2025-ci ilin yaz aylarında rəhmətə getmişdir. Bəyimli kənd qəbiristanlığında dəfn olunduğunu, yas mərasimində iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X10 izahat verərək bildirmişdir ki, ərizəçinin bacısı ilə qonşu olmuşdur. Həmin gün səhər tezdən Nərgiz həyətə düşərək toyuq-cücəni yemləmiş, sonra halı pisləşərək vəfat etmişdir. Tarix yadında deyil. Bu ilin yaz aylarına yaxın idi. Öz kəndi Bəyimli kəndində dəfn olunub, yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-11-166/2025 saylı məktubundan görünür ki, X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - Ağsu RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1956-cı il tarixdə Ağsu rayonu, Bəyimli kəndində anadan olmuşdur. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-25/2-X-518-42-751/2025 saylı məktubdan görünür ki, X2 adına heç bir tibbi müşahidə və bu barədə sənədləri olmadığı üçün ölüm (106) haqqında tibbi şəhadətnamə verilməsi səlahiyyətləri xaricindədir. - Ağsu rayonu, Növcü Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Ağsu rayonu, Bəyimli kəndində 1956-cı ildə andan olmuş mərhum X5 xx.xx.2025-ci il tarixdə Ağsu rayonunun Bəyimli kəndində vəfat etmiş və Ağsu rayonu, Bəyimli kənd qəbiristanlığında dəfn edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X6 xx.xx.1916-cı ildə Ağsu rayonu, Bəyimli kəndində anadan olmuşdur. 1 oğlu-Ərizəçi (xx.xx.1949), 2 qızı-X4 (xx.xx.1951), 3 qızı- X5 (xx.xx.1956), 4-qızı X7 (xx.xx.1958). - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli ölüm haqqında arayışın surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Ağsu rayonu, Bəyimli kəndində ölmüşdür.Bu barədə Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə 91 nömrəli akt qeyd ilə lazımi qeydiyyat aparılmışdır. AZ-İİ № 247389 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Ölüm səbəbi: Qanaxma və ya infarct olduğu dəq. insult. - 13 mart 2025-ci il tarixli Təcili və X8 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən, X3 baxış zamanı heç bir və zorakılıq əlamətləri görünmədi və yaxınlarının deməsinə görə hiporteniya xəstəsi olub, ölümün ilkin səbəbi həkimə qədər vəfat etmişdir. - Foto şəkillərdən görünür ki, X5 xx.xx.1956-cı il tarixdə anadan olmaqla xx.xx.2025-ci ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi bacısı xx.xx.1956-cı il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Ağsu rayonunda vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri onun ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni almamışlar. Ərizəçi bacısının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin xx.xx.1956-cı il təvəllüdlü X2 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1956-cı il tarixdə Ağsu rayonu, Bəyimli kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Bəyimli kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə Ağsu rayonu, Bəyimli kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Ağsu rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar