Məhkəmə qərarları › İş №2(016)-659/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-659/2023

06.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-659/2023 06.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə anadan olmuş və xx.xx.2023-cü il tarixdə Xızı rayonu, Hərbi şəhərciyində vəfat etmiş oğlu - X6 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il təvəllüdlü oğlu X8 xx.xx.2023-cü il tarixində Xızı rayonu, Hərbi şəhərciyi ünvanında ölmüş və ünvan 2ışından da görünür ki, mərhum oğlu X8 xx.xx.2023-cü il tarixində Ağsu rayonu Padar kənd qəbristanlığında el adəti üzrə dəfn olunmuşdur. "xxxx"-ın xx.xx.2023-cü il tarixli arayışından da görünür ki, onun övladı xx.xx.2022-ci il təvəllüdlü X8 həqiqətən də xx.xx.2023-cü il saat 22:20-də "xxxx" MMC klinikasının X12 şöbəsinə “Südəmər uşağın qəfil ölümü” diaqnozu ilə daxil olmuşdur. Hadisə ilə bağlı yaşayış qeydiyyatı üzrə Polis İdarəsinə və Prokurorluq orqanlarına məlumat verilmişdir. xx.xx.2023-cü il saat 01:30-da meyit Xızı rayon Prokurorluğunun əməkdaşına təhvil verilmişdir. Hazırda oğlu X8 qeydiyyatda olduğu Ağsu rayonu, Padar kəndində qeydiyyatdadır. Qeydiyyatın ləğvi ilə bağlı Ağsu rayon Polis İdarəsinə müraciət etsə də oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığına görə qeydiyyatı ləğv olunmamışdır. Həmin ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Şöbə tərəfindən ölümün qeydiyyata alınmasından imtina olunmuşdur. Həmin imitna məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq Şöbə tərəfindən ərizənin təmin edilməsi mümkün deyil. Ona görə də hazırda ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan AZ-İV seriyalı 828414 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində anadan olmaqla, atası Ərizəçi, anası X3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq. Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyil. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi övladı xx.xx.2022-ci il təvəllüdlü X8 həqiqətən də xx.xx.2023-cü il saat 22:20-də "xxxx" MMC klinikasının X12 şöbəsinə “Südəmər uşağın qəfil ölümü” diaqnozu ilə daxil olmuşdur. Hadisə ilə bağlı yaşayış qeydiyyatı üzrə Polis İdarəsinə və Prokurorluq orqanlarına məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 01:30-da meyit Xızı rayon Prokurorluğunun əməkdaşına təhvil verilmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, mərhum X8 onun oğludur. xx.xx.2022-ci il tarixdə anadan olmuşdu. Uşaq hər zaman üzü aşağı yatırdı, xx.xx.2023-cü il tarixdə də eyni vəziyyətdə yatmışdı, o, uşağa baxmağa gedəndə uşağın öldüyünü görmüşdür. Uşağı "xxxx" MMC klinikasının X12 şöbəsinə aparsalar da, uşaq artıq öldüyündən heç bir şey edə bilməmişlər. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi oğludur. xx.xx.2022-ci il təvəllüdlü X8 onun nəvəsi idi. Uşaq xx.xx.2023-cü il tarixdə vəfat etmiş, onu Ağsu rayonu, Padar kənd qəbristanlığında dəfn etmişlər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X6 xx.xx.2023-cü il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mirasın qəbul edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi oğlunun ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.2023-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə Xızı rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar