Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-680/2024 10.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X19 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək 13 mart 1962-ci ildə Ağsu rayonunda anadan olmuş və 12 yanvar 2022-ci ildə Ağsu rayonu Gəgəli kəndində vəfat etmiş X3nun ölümünun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxx 1983-cü ildə Ağsu rayonu, Gəgəli kəndində anadan olmuşdur. X3 13 mart 1962-ci ildə anadan olmuşdur və atası 12 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Ağsu rayonu Gəgəli kəndində yerləşən və valideyinlərindən miras qalmış əmlakı adına keçirtmək istəyir. Bu məqsədlə ona vərəsəlik şəhadətnaməsi verilmək üçün Ağsu rayon Notariat kontoruna müraciət etmişdir. Orada sənənədləri araşdırılmış və atasının ölüm haqqında şəhadənaməsi tələb olunmuşdur. Atası rəhmətə getdikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar. Atasının ölümünün qeydə alınıb-alınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də orada atasının ölüm aktı qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Mərhum X3 12 yanvar 2022-ci il tarixdə Ağsu rayonu Gəgəli kəndində vəfat etmiş və onu kənd camaatının iştirakı ilə Ağsu rayonu Gəgəli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, atası rəhmətə gedərkən başları qarışıq olduğu üçün qeydiyyat şöbəsinə müraciət etmək ağıllarına gəlməmiş, dəfn və yas mərasimlərində qohumları iştirak etmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş Şahid1 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qohumdur. Ərizəçinin atası rəhmətə gedəndə şahid olmuşdur. Ərizəçinin atası 12 yanvar 2022-ci il tarixdə ölmüş və Ağsu rayonu Gəgəli qəbristanlığında dəfn edilmişdir. Dəfndə və yas mərasimlərində o, şəxsən iştirak etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X9 izahat verərək bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin atası rəhmətə gedəndə şahid olmuş, onun dəfnində iştirak etmişdir. X8 12 yanvar 2022-ci il tarixdə Ağsu rayonu Gəgəli kəndində vəfat etmiş və o, kənd camaatının iştirakı ilə Gəgəli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X8 xx.xx.1962-ci il tarixdə Ağsu rayonu Gəgəli kəndində anadan olmuşdur. X4, anası X2r. - Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 11-756/2023 saylı məktubla müəyyən edilir ki, X5 ölümü haqqında akt qeydi şöbədə aşkar edilməmişdir. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Gəgəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ərizəçi, X1, X7, Şahid2 və Şahid1 Ağsu rayonu Gəgəli kənd sakini X5 12 yanvar 2022-ci il dəfnində iştirak etmişlər. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-25/1-B31.588/24 saylı arayışdan görünür ki, 1962-ci təvəllüdlü X6 “Ağsu RMX” PHŞ tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Gəgəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-34-34/2-3-155/2024 saylı arayışdan görünür ki, X8 xx.xx.2022-ci ildə Gəgəli kəndində vəfat etmiş və mərhum həmin tarixdə Ağsu rayonu Gəgəli kənd qəbristanlığında dəfn olunmuşdur. - Foto şəkillərdən görünür ki, X5 xx.xx.1962-ci tarixdə anadan olmaqla xx.xx.2022-ci ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi atası xx.xx.1962-ci təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə Ağsu rayonu Gəgəli kəndində vəfat etmiş. Lakin mərhumların ailə üzvləri onun ölüm faktlarını təsdiq edən tibbi şəhadətnamələri almamışlar. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamələrinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin xx.xx.1962-ci təvəllüdlü X8 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-ci ildə Ağsu rayonu Gəgəli kəndində anadan olmuş X5 xx.xx.2022-ci ildə Ağsu rayonu Gəgəli kəndinə ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci ildə Ağsu rayonu Gəgəli kəndində anadan olmuş X5 xx.xx.2022-ci ildə Ağsu rayonu Gəgəli kəndinə ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-680/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-680/2024
10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver