Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-681/2023 24.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X18 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək 09 mart 1982-ci ildə anadan olmuş və 20 fevral 1983-cü ildə Ağsu rayonu Cavanşir kəndində vəfat etmiş bacısı X2 ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxx 1959-cu ildə Şamaxı rayonu, Mirikənd kəndində anadan olmuşdur.bacısı X8 09 mart 1982-ci ildə anadan olmuşdur və bacısı 20 fevral 1983-cü il tarixdə vəfat etmişdir. Ağsu rayonu Cavanşir kəndində yerləşən və valideyinlərindən miras qalmış əmlakı adına keçirtmək istəyir.Bu məqsədlə ona vərəsəlik şəhadətnaməsi verilmək üçün Ağsu rayon Natariat kontoruna müraciət etmişdir.Orada sənənədləri araşdırılmış və bacısının ölüm haqqında şəhadənaməsi tələb olunmuşdur.Bacısı rəhmətə getdikfən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar.Bacısının ölümünün qeydə alınıb-alınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də orada bacısının ölüm aktı qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir.Mərhum bacısı X6 20 fevral 1983-cü il tarixdə Ağsu rayonu Cavanşir kəndində vəfat etmiş və onu kənd camaatının iştirakı ilə Ağsu rayonu Cavanşir kənd Pir Bəxtiyar qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, bacısı X6 09 mart 1982-ci ildə anadan olmuşdur. 20 fevral 1983-cü il tarixdə Ağsu rayonu Cavanşir kəndində vəfat etmişdir. Həmin kənddə də kənd qəbiristanlığında dəfn edilmişdir. Yas mərasimləri verilmiş, qonşular və qohumlar iştirak emtişlər. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, X7 onun balaca bacısı idi, 1982-ci ildə anadan olmuşdur. 1983-ci ildə xəstələnib qızdırmışdı. Heç bir yerə apara bilməmişlər. Qızdırmadan rəhmətə getmişdir. Ağsu rayonu Cavanşir kəndində kənd qəbiristanlığında dəfn edilmişdir. Onun onda 13 yaşı var idi. Hüzürdə yaxın qohumları var idi. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Ərizəçi onun bacanağıdır. O əvvəllər fermada traktarist işləyirdi. 1983-cü ilin fevral ayı idi. X6 qızdırmışdı, sudurqadan rəhmətə getdi. Onun meyidini atası, anası, qardaşı maşınla fermanın yanına gətirmişlər. Lakin palçıqdan maşın yolu davam edə bilməmişdir. Bundan sonra o, traktorla gəlib onları Cavanşir kəndində kənd qəbirstanlığına aparmış və X1 qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Qeydiyyat Şöbəs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X6 09 mart 1982 il tarixdə Ağsu rayonu Cavanşir kəndində anadan olmuş, atası X10 və anası X4r. - Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11- 373/2023 saylı məktubla müəyyən edilir ki, Ağsu rayonu, Cavanşir kəndində anadan olmuş bacısı X2 ölümü haqqında akt qeydi şöbədə aşkar edilməmişdir. - xx.xx.2023-cü il tarixdə bir qrup Ağsu rayonu, Cavanşir kəndinin sakinləri iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, mərhum X6 20 fevral 1983-cü il tarixdə vəfat etmiş və Ağsu rayonu Cavanşir kəndinin Pir Bəxtiyar qəbirstanlığında dəfn edilmiş, hazırda həmin qəbirstanlıqda məzar daşanın olması qeyd edilməklə akt Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. - Foto şəkillərdən görünür ki, X2 09 mart 1982-ci tarixdə anadan olmaqla 20 fevral 1983cü ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 5-34-13/2-3-1748/2023 saylı arayışdan görünür ki, ərizəçinin mərhum bacısı X6 xx.xx.1983-cü il tarixdə Ağsu rayonu, Cavanşir kəndində vəfat etmiş, Ağsu rayonu Cavanşir kəndinin Pir Bəxtiyar qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi bacısı Ağsu rayonu Cavanşir kəndində 09 mart 1982-ci il tarixdə anadan olmuş X6 yaşadığı Ağsu rayonu Cavanşir kəndində 20 fevral 1983-cü ildə vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi oğlunun ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin X2 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci il Ağsu rayonu, Cavanşir kəndində andan olmuş X3 xx.xx.1983-cü il tarixdə Ağsu rayonu, Cavanşir kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 mart 1982-ci il Ağsu rayonu, Cavanşir kəndində andan olmuş X3 20 fevral 1983cü il tarixdə Ağsu rayonu, Cavanşir kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-681/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-681/2023
24.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver