Məhkəmə qərarları › İş №2(016)-751/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-751/2024

25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-751/2024 25.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il tarixdə anadan olmuş və xx.xx.2015-ci il tarixdə vəfat etmiş övladı X5 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə Ağsu rayonu, Ağarx kəndində anadan olmuş, X9 ilə el adətinə uyğun olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə Samira adlı uşaqları anadan olmuşdur. Lakin uşaqları Samira xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onu qəbristanlıqda dəfn etmişlər. Mərhum uşağın dəfnində qohum əqrəbaları, onları tanıyanlar iştirak etmişlər. Uşaq rəhmətə getdikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar, ölümün qeydə alınıbalınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də orada uşağın ölüm akt qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Digər tərəfdən, uşağının ölüm faktının müəyyən edilməsi miras qalmış toraq sahəsi vərəsələri arasında bərabər payda bölünməsi üçün lazımdır. Notariat kontoru mərhum qızının ölüm şəhadətnaməsini təqdim etdikdən sonra müvafiq notariat hərəkətlərinin aparılacağını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçinin nümayəndəsi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Rusiya Federasiyası, Voloqodsk vilayəti Çerepovets şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-OД seriyalı 877862 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası, Voloqodsk vilayəti Çerepovets şəhərində anadan olmaqla, atası Ərizəçi, anası X3r. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Nümayəndə verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum nəvəsi xx.xx.2014-cü il təvəllüdlü X11 “Ağsu RMX” PHŞ tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X11 ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. - xx.xx.2024-cü il tarixdə X6, Babaşova İnnab Əlcabbar qızı, X10, X4 və X7 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Ağsu rayonu, Ağarx kənd sakinləri Ərizəçi və X9 ilə birgə nikahdan Rusiya Federasiyası, Voloqodsk vilayəti Çerepovets şəhərində xx.xx.2014cü il tarixdə qızları X11 doğulmuşdur. Lakin X11 doğulduqdan 10 ay sonra vəfat etmişdir. Ölüm səbəbi məlum olmasa da X11 Ağarx kəndinin cənub şərqində yerləşən qəbristanlıqda dəfn edilmişdir, dəfn mərasimində iştirak etmişlər. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudur. Axşamüstü uşaq xəstələnmiş, onu xəstəxanaya aparmışlar. 2015-ci ilin sentyabr ayında vəfat etmişdir. Ağarx kənd qəbristanlığında dəfn etmişlər, dəfn mərasimində iştirak etmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi qonşusu olub. Uşaq qəflətən xəstələnmiş, xəstəxanaya da çatdıra bilməmişlər və vəfat etmişdir. Onu Ağarx kənd qəbristanlığında dəfn etmişlər. Yas mərasimində iştirak etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X11 xx.xx.2015-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mirasın qəbul edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin miras qalmış toraq sahəsi vərəsələr arasında bərabər payda bölünməsi üçün vacib olduğundan, ərizəçi qızının ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2015-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X5 xx.xx.2015-ci il tarixdə Ağsu rayonu, Ağarx kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar