Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-765/2023 06.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1973-cü il tarixdə anadan olmuş və xx.xx.1973-cü il tarixdə Ağsu şəhərində vəfat etmiş bacısı X2 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, bacısı X5 xx.xx.1973-cü ildə anadan olmuş və xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. O, Ağsu şəhərində yerləşən və valideynlərindən miras qalmış daşınmaz əmlakı adına keçirmək istəyir. Bu məqsədlə ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün Ağsu rayon Notariat Ofisinə müraciət etmiş, orda sənədləri araşdırılmış və bacısının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bacısı rəhmətə getdikdən sonra onun ölümü qeydiyyat orqanlarında qeydə alınmamışdır. Bacısının ölümünün qeydə alınıb-alınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də, orda bacısının ölüm akt qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Mərhum bacısı X5 xx.xx.1973-cü il tarixdə Ağsu şəhərində vəfat etmiş və onu camaatın iştirakı ilə Ağsu şəhəri, Şeyx Dursun qəbristanlığında dəfn etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X5 11 yanvar 1973-cü il tarixdə Ağsu şəhərində anadan olmaqla, atası X10, anası X4r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, X2 ölümü haqqında akt qeydi Şöbənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Ərizəçi, X8, X7 və X6 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.1973-cü il tarixdə anadan olmuş X5 xx.xx.1973-cü il tarixdə xəstəlikdən sonra vəfat etmiş və Ağsu şəhəri Şeyx Dursun qəbristanlığında dəfn olunmuşdur. Mərhumun qəbristanlıqda qəbri mövcuddur. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi xalası oğludur. Mərhum xx.xx.1973-cü il tarixdə anadan olmuş, xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. Ölüm səbəbini bilməmişlər. Dəfn və hüzür mərasimlərində yaxından iştirak etmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçinin dayısıdır. Mərhum xx.xx.1973-cü il tarixdə anadan olmuş, anadan olandan təxminən 10 gün sonra vəfat etmişdir. Ölüm səbəbini bilməmiş, dəfn və hüzür mərasimlərində yaxından iştirak etmişdir. Mərhumu Ağsu şəhəri, Şeyx Dursun qəbristanlığında dəfn etmişlər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X2 xx.xx.1973cü il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mirasın qəbul edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi bacısının ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1973-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.1973-cü il tarixdə Ağsu şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-765/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-765/2023
06.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver