Məhkəmə qərarları › İş №2(016)-773/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-773/2023

21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-773/2023 21.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, X20 və X6 qarşı “şəxsin ölmüş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X17 və xx.xx.1993-cü il təvəllüdlü X9 xx.xx.2017-ci ildə ölmüş hesab edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 1957-ci ildə Ağsu rayonu, Cəlayir kəndində anadan olmuşdur. X2 ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs4, X11, X17 və X18 adlı uşaqları olmuşdur. Həyat yoldaşı Akif Vəliyev 2003-cü ildə vəfat etmiş, onun vəfat etməsi barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Uşaqları 1990-cı il təvəllüdlü X17 2013-cü ildə, 1993-cü il təvəllüdlü X18 isə 2016-cı ildə onlardan xəbərsiz olaraq, əvvəlcə Türkiyəyə, oradan da Suriya Ərəb Respublikasına getmişlər. Onlara verilən məlumatlara və edilən zənglərə əsasən bildirilmişdir ki, 2017-ci ilin sentyabr ayının 23-də uşaqları Suriyanın Rakka şəhərinin bombalanması zamanı çoxsaylı digər şəxslərlə birlikdə həlak olmuşlar. Həmin vaxta kimi arabir ona zəng etsələr də həmin vaxtdan sonra onlarla hər hansı bir əlaqəsi olmayıb. Bir ana kimi onların ölmüş olmasını qəbul etmir. Lakin həmin vaxtdan keçən dövr ərzində uşaqlardan heç bir məlumat almamışdır. O yaşlanır, əri vəfat edib, istəyir ki, adına olan pay torpağını sənədləşdirib ehtiyacı üçün istifadə etsin. Xəbərsiz itkin düşmüş uşaqları hər ikisi Bərdə korpusunda həqiqi hərbi xidmətdə olublar. Sabir adlı oğlu xidmət zamanı xəstəliyə tutularaq İİ qrup əlil olmuşdur. Uşaqlarının itikin düşməsi, yaxud ölmüş elan edilməsi üçün məhkəməyə müraciət etməzdən əvvəl hüquq-mühafizə orqanına məlumat verməli olduğu üçün qeydiyyatda olduğu Ağsu RPŞ-nə müraciət etmiş, müraciətində uşaqları xx.xx.1990-cı il təvəllüdlü X17 və xx.xx.1993-cü il təvəllüdlü X9 2017-ci ilin sentyabr ayının 23-də Suriya Ərəb Respublikasının Rakka şəhərində olan bombardmandan sonrakı taleyi barədə müvafiq araşdırma aparıb ona məlumat verilməsini xahiş etmişdir. Ağsu RPŞ-dən ona verilən xx.xx.2023-cü il tarixli, 3-13-64/e-v- 57xx/xx/2023 saylı cavab məktubunda bu məsələ ilə bağlı qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs5 və X20 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirdilər ki, X17 və X18 onların qardaşlarıdır. Onların xəbəri olmadan dini qruplaşmanın təsirinə düşərək Suriyaya getmişlər. Sonradan məlum ki, Vəliyev Zamiq və Vəliyev Sabir orda olan müharibə zamanı qaldıqları evə bomba düşərək həlak olmuşlar. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxslərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İİ-ЖГ seriyalı 444371 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və X7 arasındakı nikah 25 dekabr 1975-ci il tarixdə rəsmiləşdirilmiş, X8 “Vəliyev”, X5 “Vəliyeva” soyadı verilmişdir. - İİ-ЖO seriyalı 463352 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1990-cı ildə Rusiya Respublikasında doğulmuş, ata qrafasında X13, ana qrafasında Ərizəçi qeyd edilmişdir. - Vİ-CT seriyalı 298059 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1993-cü ildə Rusiya Respublikasında doğulmuş, ata qrafasında X13, ana qrafasında Ərizəçi qeyd edilmişdir. - V-ЖГ seriyalı 329137 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə ölmüşdür. - Ağsu rayon Polis şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi müraciətində göstərilən xüsusatlar mülki məsələdir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, həmin Məcəllənin 149 və 150-ci maddələrində müəyyən edilmiş qaydada qeydiyyatda olduğu yer üzrə məhkəmədə iddia qaldırmaq hüququ var. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X17 xx.xx.2013-cü ildə, X18 xx.xx.2016-cı ildə ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə Azərbaycanı tərk edərək Türkiyə Respublikasına getmiş və oradan Suriya Ərəb Respublikası ərazisinə keçməklə “İŞİD” terror təşkilatının tərkibinə qoşulmuşlar. Daxil olmuş, lakin dəqiqləşdirilməsi mümkün olmayan əməliyyat məlumatlarına əsasən Z.Əliyev münaqişə bölgəsində gedən döyüşlər zamanı öldürülmüşdür. Maraqlı şəxs2 isə hazırkı yeri və fəaliyyətinə dair məlumatlar daxil olmamışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X3 dəfə dövlət sərhədini xx.xx.2013-cü il tarixdə və xx.xx.1993-cü il təvəllüdlü X1 dəfə dövlət sərhədini xx.xx.2016-cı il tarixdə çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcüd olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Zamiq Vəliyev 2013-cü il tarixdə Ağsu şəhərində yerləşən evdən çıxıb getmiş, xx.xx.2013-cü il tarixdə ölkə sərhədindən çıxmış, oradan da Suriya Respublikasına keçərək “İŞİD” terror qruplaşmasının tərkibində qeyriqanuni olaraq döyüşlərdə iştirak etmiş və həlak olmuşdur. MPM-in 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə hesab edir ki, ərizəçi oğlu Zamiq Vəliyevin ölmüş hesab edilməsi barədə MPM-in 312-ci maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X12 Suriya Respublikasında ölməsi ərizəçinin izahatı və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, o, ölmüş elan edilməlidir. Məhkəmə, ərizənin “xx.xx.1993-cü il təvəllüdlü X9 ölmüş hesab edilməsi” hissəsini də araşdıraraq hesab edir ki, ərizə həmin hissədə əsassızdır və bu hissədə təmin edilməməlidir. Göründüyü kimi, X9 ölmüş elan edilməsi üçün iş materiallarında mötəbər sübut yoxdur. Belə ki, iş materiallarından olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sabir Vəliyevin ölüb-ölməməsi, hazırkı yeri və fəaliyyətinə dair məlumatlar onlara daxil olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, ərizə “X9 ölmüş elan edilməsinə dair” hissədə əsassızdır. Normadan da görünur ki, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsidir. Bu halda həmin şəxsin haqqında cəmi altı ay ərzində xəbər çıxmaması onun ölmüş elan edilməsinə əsas verir. Göründüyü kimi, bu halda şəxsin haqqında müəyyən müddət ərzində məlumat olmaması ilə yanaşı onun həlak olması üçün real ölüm təhlükəsi yaradan şəraitin də mövcudluğu tələb olunur. Şəxsin ölmüş elan edilməsinin qanunvericiliyin normasına əsasən digər əsası hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsin haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumat alınmamasıdır. Bu halda da, şəxsin həlak olduğunu güman etməyə əsas vardır. Şəxsin ölmüş elan edilməsinin digər əsası isə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X9 ölmüş elan edilməsi üçün iş materiallarında mötəbər sübut olmadığından ərizə əsassızdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.1990-cı ildə Ağsu rayonu, Cəlayır kəndində anadan olmuş X4 Respublikasında ölmüş elan edilsin. X12 ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gün onun ölüm günü hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar