Məhkəmə qərarları › İş №2(016)-789/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-789/2025

04.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-789/2025 04.08.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1985-ci il təvəllüdlü X1 xx.xx.1986-cı ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun qızı X3 xx.xx.1985-ci ildə anadan olmuş, xx.xx.1986-cı ildə vəfat etmişdir. Övladının ölüm faktı “Ağsu RMX”-nın təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 18-1-25/2-11-9xx-xx-1499/2024 saylı arayışında əks olunmuşdur. O, Ağsu rayonu ərazisində yerləşən “Şeyx Dursun” qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, vəfat edən onun qızıdır. xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.1986-cı ildə vəfat etmiş və Ağsu rayonu “Şeyx Dursun” qəbirstanlığında dəfn edilmişdir. Hüzrdə qohumlar və qonşular iştirak etmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X7 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qohumdur. Öldüyü vaxtı tam xatırlamır, Ərizəçi övladı X3 rəhmətə getmişdir və “Şeyx Dursun” qəbirstanlığında dəfn edilmişdir. Dəfn zamanı o, şəxsən iştirak etmiş və X2 özü dəfn etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X5 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qohumdur. Ərizəçinin qızı X3 xx.xx.1986-cı il tarixdə vəfat etmiş və Ağsu rayonu, “Şeyx Dursun” qəbirstanlığında dəfn edilmişdir. Dəfndə və yas mərasimlərində o, şəxsən iştirak etmişdir. Məhkəmə ərizəçi və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-11-456/2024 saylı məktubundan görünür ki, X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. • Maraqlı şəxs tərəfindən verilmiş 09 oktyabr 1985-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1985-ci il tarixdə Ağsu rayonunda anadan olmuşdur. • Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-25/2-11-9xx-xx-1499/2024 saylı arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.1986-cı ildə vəfat etmiş, onun adına “Ağsu RMX” PHŞ-də ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. • Ağsu rayonu, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2001-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 86 nömrə ilə qeyd edilmişdir. • Azərbaycan Respublikası Ağsu rayonu Ağsu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 155 nömrəli arayışdan görünür ki, X3 xx.xx.1985-ci ildə anadan olub, xx.xx.1986-cı ildə vəfat edib. Ağsu şəhər Şeyx Dursun qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda məzar Şeyx Dursun qəbirstanlığında mövcuddur. • Ağsu şəhəri, S.Vurğun küçəsi, ev 18-də yaşayan Ərizəçi, Ağsu şəhər, N.Tağızadə küçəsi, ev 25-də yaşayan X7, Ağsu şəhər, Meleratorlar qəsəbəsi, ev 10-da yaşayan X5, Ağsu şəhəri, S.Vurğun küçəsi, ev 18-də yaşayan X4 və Ağsu RİHB-nin Ağsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin məsləhətçi mühəndisi Kifayət Nuralıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ərizəçi övladı xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.1986-cı ildə vəfat etmiş və Ağsu şəhər “Şeyx Dursun” qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi övladı xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri onun ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni almamışlar. Ərizəçi qızının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin xx.xx.1985-ci il təvəllüdlü X1 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1985-ci il təvəllüdlü X1 xx.xx.1986-cı il tarixdə ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X1 xx.xx.1986-cı il tarixdə ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar