Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-791/2025 23.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1933-cü il tarixdə anadan olmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2nın ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X2 xx.xx.1933-cü il tarixdə anadan olmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. O, Ağsu şəhərində yerləşən valideynlərindən miras qalmış daşınmaz əmlakı adına keçirmək istəyirmiş. Bu məqsədlə ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün Ağsu rayon Notariat Ofisinə müraciət etmiş, orada sənədləri araşdırılmış və anasının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Anası rəhmətə getdikən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar. Anasının ölümünün qeydə alınıb-alınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də, orada anasının ölüm akt qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Mərhum anası xx.xx.2024-cü ildə Ağsu şəhərində vəfat etmiş, onu camaatın iştirakı ilə Ağsu şəhər Şeyx Dursun qəbristanlığında dəfn etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 Ağsu RMX-na hər hansı bir xəstəliklə bağlı müraciət etməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 02 oktyabr 2001-ci il tarixli 100 saylı əmri ilə təsdiq edilmiş, ölüm (106) haqqında tibbi şəhadətnamə səhiyyə müəssisəsinin müalicə həkiminin xəstəni müşahidəsi və xəstənin ölümünə qədərki vəziyyətini əks etdirən tibbi sənədlərdəki qeydlər əsasında və ya pataloqanatom tərəfindən tibbi sənədlərə və yarmanın nəticələri ilə tanış olduqdan sonra verilir. X2 adına heç bir tibbi müşahidə və bu barədə sənədləri olmadığı üçün ölüm (106) haqqında tibbi şəhadətnamə verilməsi səlahiyyətləri xaricindədir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, anası xx.xx.1933-cü il təvəllüdlü X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - xx.xx.2025-ci il tarixdə Ərizəçi, Şahid2, Şahid1 və X1 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.1933-cü ildə anadan olmuş X8 xx.xx.2024-cü il tarixdə xəstəlikdən sonra vəfat etmiş və Ağsu şəhər Şeyx Dursun qəbristanlığında dəfn olunmuşdur. Mərhumun qəbristanlıqda qəbri mövcuddur. - Foto şəkillərdən görünür ki, X5 xx.xx.1933-cü il tarixdə anadan olmaqla xx.xx.2024cü ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun həm sinif yoldaşı həm də qonşusudur. Mərhum anası keçən ilin may ayının 24-də vəfat etmiş və Ağsu şəhər Şeyx Dursun qəbristanlığında dəfn edilmişdir. Yas mərasimində iştirak etmişdir. Şahid X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Mərhum anası xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Ağsu şəhər Şeyx Dursun qəbristanlığında dəfn edilmişdir. Yas və dəfn mərasimində iştirak etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X4 xx.xx.2024cü il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mirasın qəbul edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin miras qalmış daşınmaz əmlakı əldə etmək üçün vacib olduğundan, ərizəçi anasının ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2024-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1933-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Ağsu şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-791/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-791/2025
23.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver