Məhkəmə qərarları › İş №2(016)-793/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-793/2025

23.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-793/2025 23.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1997-ci il tarixdə anadan olmuş və xx.xx.2015-ci il tarixdə Ağsu rayonu, Ərəbuşağı kəndində vəfat etmiş bacısı X6 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, bacısı X10 xx.xx.1997-ci il tarixdə anadan olmuş və xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. O, Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən və valideynlərindən miras qalmış daşınmaz əmlakı adına keçirmək istəyirmiş. Bu məqsədlə ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün Ağsu rayon Notariat Ofisinə müraciət etmiş, orada sənədləri araşdırılmış və bacısının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bacısı rəhmətə getdikən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar. Bacısının ölümünün qeydə alınıb alınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də, orada bacısının ölüm akt qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Mərhum bacısı xx.xx.2015ci ildə Ağsu rayonu, Ərəbuşağı kəndində vəfat etmiş onu kənd camaatının iştirakı ilə Ağsu rayonu, Ərəbuşağı kənd qəbirstanlığında dəfn etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X10 xx.xx.1997-ci il tarixdə Ağsu rayonu, Ərəbuşağı kəndində anadan olmaqla, atası X5, anası X3r. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, bacısı xx.xx.1997-ci il təvəllüdlü X6 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X10 2015-ci ildə vəfat etdiyi üçün onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etmələri tövsiyə olunmuşdur. - X1, X7, Ərizəçi və X2 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X10 xx.xx.2015-ci ildə Ağsu rayonu, Ərəbuşağı kəndində vəfat etmişdir. Dəfn mərasimində mərhumun yaxın qohumları və kənd sakinlərinin əksəriyyəti iştirak etmişdir. Mərhum Ağsu rayonu, Ərəbuşağı kənd qəbirstanlığında dəfn edilmişdir. - Foto şəkildən görünür ki, X6 xx.xx.1997-ci il tarixdə anadan olmaqla xx.xx.2015-ci il tarixdə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun xalası oğludur. Mərhum 04 noyabr 2015-ci ildə xəstəlik səbəbi ilə vəfat etmişdir. Ağsu rayonu, Ərəbuşağı kənd qəbirstanlığında dəfn edilmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi qonşusu olub. Mərhum 2015-ci ildə xəstəlikdən vəfat etmişdir. Ağsu rayonu, Ərəbuşağı kənd qəbirstanlığında dəfn edilmiş, qəbir üstü daşı da qoyulmuşdur. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X10 xx.xx.2015-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mirasın qəbul edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin mirasın qəbul edilməsi üçün vacib olduğundan, ərizəçi qızının ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.2015-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü X6 xx.xx.2015-ci il tarixdə Ağsu rayonu, Ərəbuşağı kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar