Məhkəmə qərarları › İş №2(016)-810/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-810/2025

08.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-810/2025 08.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1998-ci il tarixdə anadan olmuş qızı X5 xx.xx.1998-ci ildə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum qızı X8 12 aprel 1998-ci ildə anadan olmuş, bu barədə doğum akt kitabında 32 nömrə ilə qeyd edilmişdir. X1 doğulduğu tarixdən 5 ay sonra yəni 12 sentyabr 1998-ci ildə vəfat etmiş və Ağsu rayonu Qaraqoyunlu kənd qəbristanlığında dəfn edilmişdir. Daha sonra Qeydiyyat şöbəsinə və rayon xəstəxanasına müraciət etsə də, onun ölümü barəsində sənəd ala bilməmişlər. Onun doğumu dövlət orqanında qeydiyyata alındığı üçün onlar bu gün təqaüdlə bağlı heç bir əməliyyat apara bilmirlər. Bununla bağlı dövlət orqanlarına və o cümlədən qeydiyyat şöbəsinə müraciət etdikdən sonra ona bildirmişlər ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etsin. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X8 xx.xx.1998-ci il tarixdə Ağsu rayonu Qaraqoyunlu kəndində anadan olmaqla, atası Ərizəçi, anası X3r. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ona övladı X8 1998-ci ilidə vəfat etdiyi üçün onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X5 ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. - xx.xx.2025-ci il tarixdə X9, X4 və X6 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, X8 xx.xx.1998-ci il tarixdə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olmuş beş ay sonra vəfat etmişdir. Mərhum Qaraqoyunlu kənd qəbristanlığında dəfn olunmuşdur. X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, uşaq 1998-ci il tarixdə vəfat etmiş, onu Qaraqoyunlu kənd qəbristanlığında dəfn etmişlər. Yas mərasimində iştirak etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, uşaq 1998-ci il tarixdə vəfat etmiş, onu Qaraqoyunlu kənd qəbristanlığında dəfn etmişlər. Yas mərasimində iştirak etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X5 xx.xx.1998ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mirasın qəbul edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin pensiyanın verilməsi üçün vacib olduğundan, ərizəçi qızının ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.1998-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X5 xx.xx.1998-ci il tarixdə Ağsu rayonu, Qaraqoyunlu kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar