Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-892/2023 09.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölümün qeydə alınma faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 28 aprel 1996-cı ildə anadan olmuş və 05 may 2001-ci il tarixdə Ağsu rayonu, Ərəbmehdibəy kəndində vəfat etmiş mərhum uşağı X1 ölümünün qeyd edilmə faktının müəyyən edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, ərizəçi oğlu - X1 ölümünə dair tibbi sənədinin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 150.1 və 150.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. MPM-in 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi X1 ölüm faktının müəyyən edilməsini xahiş etsə də, mübahisənin məhkəmədən kənar həll edilməsinin mümkünsüzlüyü barədə, yəni ölüm haqqında tibbi şəhadətnamənin verilməsi məqsədi ilə tibb müəssisəsinə müraciət etməsi və həmin müəssisənin onun tələbindən imtina etməsi ilə bağlı heç bir sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.2-ci bəndinə əsasən, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar həlli qaydasına riayət etməmişdir. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, ərizəçiyə ərizənin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 259.0.12, 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölümün qeydə alınma faktının müəyyən edilməsi» tələbinə dair 2(016)-892/2023 nömrəli mülki iş baxılmamış saxlanılsın. Ərizəçiyə izah olsun ki, ərizənin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-892/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-892/2023
09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver