Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-916/2023 09.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək 19 may 1959-cu ildə anadan olmuş və 17 sentyabr 2008-ci ildə vəfat etmiş həyat yoldaşı Əlyarova (Ağayeva) Fizzə Saday qızının ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxxx 1960-cı ildə Ağsu rayonu, Ağalarbəyli kəndində anadan olmuşdur. Əlyarova (Ağayeva) Fizzə Saday qızı ilə el adətinə uyğun olaraq evlənmişlər. Lakin arvadı Əlyarova (Ağayeva) Fizzə Saday qızı 17 sentyabr 2008-ci il tarixdə vəfat etmişdir və onu Ağsu rayonu, Ağalarbəyli kəndi qəbiristanlığında dəfn etmişlər. Mərhum arvadının hüzr mərasimində onun qohum əqrabalrı və onu tanıyanlar iştirak etmişdir. Həyat yoldaşı rəhmətə getdikən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar. Həyat yoldaşının ölümünün qeydə alınıb-alınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də orada həyat yoldaşının ölüm aktı qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Mərhum həyat yoldaşı Əlyarova (Ağayeva) Fizzə Saday qızı 17 sentyabr 2008-ci il tarixdə Ağsu rayonunda vəfat etmiş və onu yas mərasimində iştirak edən şəxslərin iştirakı ilə Ağsu rayonu Ağalarbəyli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, həyat yoldaşı X12 19 may 1959-cu ildə anadan olmuşdur. 17 sentyabr 2008-ci il tarixdə Ağsu rayonu Ağalarbəyli kəndində vəfat etmişdir. Həmin kənddə də kənd qəbiristanlığında dəfn edilmişdir. Yas mərasimləri verilmiş, qonşular və qohumlar iştirak emtişlər. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X7 izahat verərək bildirdi ki, Ərizəçi qonşusudur. 2008-ci ildə yoldaşı X12 rəhmətə gedəndə dəfnində iştirak etmişlər, Ağalarbəyli kəndində olan qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş X3 izahat verərək bildirdi ki, Ərizəçi qonşusudur. 17 sentyabr 2008-ci ildə yoldaşı X12 rəhmətə gedəndə dəfnində iştirak etmişlər. Mərhum X1 qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X12 19 may 1959-cu il tarixdə Ağsu rayonu Ağalarbəyli kəndində anadan olmuşdur. X4r. - Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11- 559/2023 saylı məktubla müəyyən edilir ki, Ağsu rayonu, Ağalarbəyli kəndində anadan olmuş həyat yoldaşı X11 ölümü haqqında akt qeydi şöbədə aşkar edilməmişdir. - 31.07.2023-cü il tarixdə bir qrup Ağsu rayonu, Ağalarbəyli kəndinin sakinləri iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, X6 17 sentyabr 2008-ci il tarixdə vəfat etmiş və Ağsu rayonu Ağalarbəyli kəndinin qəbirstanlığında dəfn edilmiş, hazırda həmin qəbirstanlıqda məzar daşanın olması qeyd edilməklə akt Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu rayonu Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. - Foto şəkillərdən görünür ki, X11 19 may 1959-cu tarixdə anadan olmaqla 17 sentyabr 2008-ci ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi həyat yoldaşı Ağsu rayonu Ağalarbəyli kəndində 19 may 1959-cu il tarixdə anadan olmuş X12 yaşadığı Ağsu rayonu Ağalarbəyli kəndində 17 sentyabr 2008-ci ildə vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi oğlunun ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin X11 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 19 may 1959-cu ildə Ağsu rayonu, Ağalarbəyli kəndində andan olmuş Əlyarova (Ağayeva) Fizzə Saday qızının 17 sentyabr 2008-ci il tarixdə Ağsu rayonu, Ağalarbəyli kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 may 1959-cu ildə Ağsu rayonu, Ağalarbəyli kəndində andan olmuş Əlyarova (Ağayeva) Fizzə Saday qızının 17 sentyabr 2008-ci il tarixdə Ağsu rayonu, Ağalarbəyli kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-916/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-916/2023
09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver