Məhkəmə qərarları › İş №2(016)-92/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-92/2024

08.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-92/2024 08.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X24 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı ilə aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək 28 may 1963-cü ildə vəfat etmiş X8 və 15 noyabr 1964-cü ildə vəfat etmiş X9 ölüm faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 1961-ci ildə X21 ilə rəsmi qaydada nikaha daxil olmuş, birgə nikahdan 5 övladı dünyaya gəlib. X1 xx.xx.1963-cü ildə və X15 xx.xx.1964-cü ildə anadan olmuşlar. Onların hər birinə doğum haqqında şəhadətnamə alınmışdır. X8 və X15 doğulduqlarından 3 ay sonra xəstələnərək vəfat etmişlər. xx.xx.1970-ci ildə həyat yoldaşı X21 vəfat etmişdir. 28 may 1963-cü ildə vəfat etmiş X8 və 15 noyabr 1964-cü ildə X12 vəfat etdikdən sonra qohumları ilə birlikdə Ağsu rayonu, Rəhimağalı kənd qəbirstanlığında dəfn etmiş və hal-hazırda onların qəbirləri həmin qəbirstanlıqda yerləşir. X8 və X9 ölüm faktlarını şahidlər ünvan 1 ünvanında yaşayan X4 (şəxsiyyət vəsiqəsi AZE № ********) və ünvan 2 ünvanında yaşayan X3 (şəxsiyyat vəsiqəsi AZE № ********) təsdiq edirlər. Vərəsəlik işi ilə əlaqədar X8 və X9 ölüm faktının müəyyən edilməsi lazımdır. Ərizə ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsi qətnamə qəbul etmiş və ərizə baxılmamış saxlanılmışdır. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq 08 yanvar 2024-cü il tarixdə keçiriləcək məhkəmə baxış iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan həmin iclasın keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X5 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qohumdur. İllərlə bir yerdə yaşamışlar. Uşaqlar rəhmətə gedəndə şahid olmuş, onların dəfnində iştirak etmişdir. Üzərindən illər keçdiyindən vaxtı tam yadında deyil, lakin havanın xoş olmasını xatırlayır. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X10 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qonşudurlar. Uşaqlar rəhmətə gedəndə təxminən 13-14 yaşı olmuşdur. Uşaqların xəstəliyə görə rəhmətə getməsini bilirdi. Uşaq olmasına baxmayaraq dəfnə gedənlərə qoşulub qəbirstanlığa getmişdir. Qeyd etdiyi kimi dəfndə kənd camaatı və qohum-əqrəbalar iştirak ediblər. Lakin vaxtını xatırlamır. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X11 izahat verərək bildirdi ki, ərizəçi uzun illərdir qonşusudur. Uşaqlar rəhmətə gedəndə orada olmuşdur. Bir qız və bir oğlan uşağı idi. Qızın adı Billur idi, oğlanın adını dəqiq xatırlamır. Qocaldığından yadına sala bilmir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X8 26 fevral 1963-cü il tarixdə Ağsu rayonunda anadan olmuşdur. X6, anası Ərizəçidır. - Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X15 16 avqust 1964-cü il tarixdə Ağsu rayonunda anadan olmuşdur. X6, anası Ərizəçidır. - Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 1-285/2023 saylı məktubla müəyyən edilir ki, övladları X2 və X9 ölümü haqqında akt qeydi şöbədə aşkar edilməmişdir. - 27.03.2023-cü il tarixdə bir qrup Ağsu şəhər sakinlərinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.1963-cü il tarixdə X8 anadan olmaqla 3 ay sonra xəstələnərək vəfat etmiş, xx.xx.1964-cü il tarixdə X15 anadan olmaqla 3 ay sonra xəstələnərək vəfat etmiş, uşaqlar vəfat etdikdən sonra Ağsu rayonu, Rəhimağalı kənd qəbirstanlığında dəfn edilmiş və körpə olduqlarına görə onlara qəbirüstü baş daşı qoyulmaması qeyd edilməklə akt Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. - Azərbaycan Respublikası “Tibbi ərazi X7” X26 “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 11 oktyabr 2023-cü il tarixli, 18-1-25/2-9-734- 1143/23 saylı məktubdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X8 və xx.xx.1964-cü il təvəllüdlü X15 barəsində “Ağsu RMX” PHŞ tərəfindən hər hansı bir məlumat daxil olmamış və ölüm haqqında tibbi şəhadətnamə yazılmamışdır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Çaparlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli, 5-34-16/2-2-01/2024 saylı məktubdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X8 və xx.xx.1964-cü il təvəllüdlü X15 anadan olduqları müddətdən 3 ay sonra rəhmətə getmiş, uşaqlar vəfat etdikdən sonra Ağsu rayonu, Rəhimağalı kənd qəbirstanlığında dəfn edilmiş və körpə olduqlarına görə onlara qəbirüstü baş daşı qoyulmaması qeyd edilmiş, Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş akt məktuba əlavə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi övladları xx.xx.1963-cü il təvəllüdlü X8 28 may 1963-cü il tarixdə Ağsu rayonunda və xx.xx.1964-cü il təvəllüdlü X15 15 noyabr 1964-cü il tarixdə Ağsu rayonunda vəfat etmişlər. Lakin mərhumların ailə üzvləri onların ölüm faktlarını təsdiq edən tibbi şəhadətnamələri almamışlar. Ərizəçi övladlarının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamələrinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin X8 və X9 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumların ölümünü qeyd etdirə və bu haqda şəhadətnamələri başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 26 fevral 1963-cü ildə Ağsu rayonunda anadan olmuş X2 28 may 1963-cü il tarixdə Ağsu rayonunda, 16 avqust 1964-cü ildə Ağsu rayonunda anadan olmuş X9 15 noyabr 1964-cü il tarixdə Ağsu rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 fevral 1963-cü ildə Ağsu rayonunda anadan olmuş X2 28 may 1963-cü il tarixdə Ağsu rayonunda, 16 avqust 1964-cü ildə Ağsu rayonunda anadan olmuş X9 15 noyabr 1964-cü il tarixdə Ağsu rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar