Məhkəmə qərarları › İş №2(016)-94/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-94/2024

04.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-94/2024 04.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1968-ci il tarixdə anadan olmuş və xx.xx.2000-ci il tarixdə vəfat etmiş qardaşı X5 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qardaşı X13 xx.xx.1968-ci il tarixdə anadan olmuş və xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Ağsu rayonu, Cəlayır kəndində yerləşən və valideynlərindən miras qalmış daşınmaz əmlakı adına keçirtmək istəyir. Bu məqsədlə ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün Ağsu Rayon Notariat Kontoruna müraciət etmiş, orda sənədləri araşdırılmış və qardaşının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Qardaşı rəhmətə getdikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar. Qardaşının ölümünün qeydə alınıb-alınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də, orada qardşının ölüm akt qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Mərhum qardaşı xx.xx.2000-ci ildə Ağsu rayonu, Cəlayır kəndində vəfat etmiş və onu kənd camaatının iştirakı ilə Ağsu rayonu, Cəlayır kənd qəbristanlığında dəfn etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təmsil olunmamışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X13 xx.xx.1968-ci il tarixdə Ağsu rayonu, Cəlayır kəndində anadan olmaqla, atası X2, anası X3r. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2000-ci il və digər illərdə X5 ölümü barədə publik hüquqi şəxsə müraciət edilməmiş və ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X5 ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. - Foto şəkillərdən görünür ki, X5 xx.xx.1968-ci il tarixdə anadan olmaqla xx.xx.2000ci ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. - xx.xx.2023-cü il tarixdə X8, X6, X7, X4 və X9 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.1968-ci il tarixdə anadan olmuş Ərizəçi xx.xx.2000-ci il tarixdə vəfat etmiş və Ağsu rayonunun Cəlayir kənd qəbristanlığında dəfn olunmuşdur. X11 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Səyyargil üç bacı, beş qardaşdılar. Qardaşlarından biri olan Zəki xəstəliyi olduğuna görə rəhmətə getmişdir. Ağsu rayonunun Cəlayir kəndində yerləşən qəbristanlıqda dəfn olunub. O da yas mərasimində iştirak etmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi ilə eyni kənddə yaşayırlar. Səyyar kəndin bu başında, o da yuxarı başında olur. Zəki xəstə olduğu üçün rəhmətə getmişdir. O, İsmayılov Zəkinin yas mərasimində iştirak etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X5 xx.xx.2000ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin vərəsəlik şəhadətnaməsinin verilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi qardaşının ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2000-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X5 xx.xx.2000-ci il tarixdə Ağsu şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar