Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1012/2023 14.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Maraqlı şəxs iştirakı ilə Barışıq sazişinin təsdiq edilməsi tələbinə dair Ərizəçi ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış 14 fevral 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2007-ci ildə faktiki ailə qurmuşlar və birgə yaşadıqları dövrdə 23 avqust 2008-ci ildə X5 adlı bir nəfər uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə münasibətləri puzulmuş və Ağcabədi rayon Məhkəməsinin 2(017)-886/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən oğlu X1 üçün hər ay 70 manat aliment təyin edilmişdir. Maraqlı şəxs ilə alimentin artırılması barədə könüllü mediasiya prosesindən keçmişlər və bu barədə mediator X3 iştirakı ilə MŞC/MT020/-00010 saylı, xx.xx.2023-cü il tarixli “Barışıq sazişi” imzalamışlar. Lakin, sazişin imzalanmasından xeyli vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs “Barışıq sazişi”ni könüllü şəkildə icra etməmişdir. Ona görə də MŞC/MT020/-00010 saylı, 14 fevral 2023-cü il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş Ərizəçi məhkəmənin iclasında iştirak etmir və məhkəmə Ərizəçi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərdi ki, Ərizəçi ilə 2007-ci ildə faktiki ailə qurmuşlar və birgə yaşadıqları dövrdə 23 avqust 2008-ci ildə X5 adlı bir nəfər uşaqları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə Ərizəçi ilə ayrılmışlar və Ağcabədi rayon Məhkəməsinin 2(017)-886/2014 saylı, 31 iyul 2014-cü il tarixli qətnaməsinə əsasən X1 üçün hər ay 70 manat aliment təyin edilmişdir. Ərizəçi ilə alimentin artırılması barədə mediasiya prosesindən keçmişlər və bu barədə “Barışıq sazişi” imzalamışlar. Lakin, barışıq sazişini imzalayarkən artırılmış alimentin təqaüdündən tutulacağı bildirildiyi üçün aliment ödənişi etməmişdir. Ona görə də ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan MŞC/MT020/-00010 saylı, 14 fevral 2023-cü il tarixli barışıq sazişindən görünür ki, saziş imzalandıqdan sonra Maraqlı şəxs 23 avqust 2008-ci ildə anadan olmuş X5 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 120 manat aliment ödəməsini öhdəsinə götürmüşdür. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş bağlanarkən digər şəxslərin hüquqlarına toxunmamışdır. Hazırda da, Maraqlı şəxs barışıq sazişi üzrə razılaşfırılmış alimenti ödəmədiyindən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 23 avqust 2008-ci il tarixdə anadan olmuş X5 adlı bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment ödənilməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞC/MT020/-00010 saylı, 14 fevral 2023-cü il tarixli barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 23 avqust 2008-ci il tarixdə anadan olmuş X5 adlı bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment ödənilməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞC/MT020/-00010 saylı, 14 fevral 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1012/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1012/2023
14.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver