Məhkəmə qərarları › İş №2(017)-1062/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1062/2023

07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1062/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 11800 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onunla qonşu yaşamışdır. Cavabdeh müxtəlif vaxtlarda ondan 12000 manat borc almış, həmin puldan 200 manat ona qaytararaq 11800 manat borclu qalmışdır. Həmin pulu cavabdehdən tələb etsə də, cavabdeh borcunu qaytarmamışdır. Bu barədə “102” xidmətinə mürciət etmiş, Bərdə RPŞ-də araşdırma aparılaraq xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona məhkəməyə müraciət etməsi göstərilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 11800 manat pulun və ödəmiş olduğu 130 manat dövlət rüsumunun, cəmi 11930 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, İddiaçı ilə qonşu yaşamışlar. Uşağının xəstəliyi ilə əlaqədar İddiaçı müxtəlif vaxtlarda 12000 manat borc pul almış, həmin puldan 200 manat qaytarmış və 11800 manat məbləğində borcu qalmışdır. Ona görə də İddiaçı ona qarşı 11800 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddianı qəbul edir və bu barədə qətnamə çıxarılmasına heç bir etirazı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 11800 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 04 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 130 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 130 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 11800 manat borc pul və ödənilmiş 130 manat dövlət rüsumu, cəmi 11930 (on bir min doqquz yüz otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar