Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1064/2023 07.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramov Hüseyn Vaqif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli, RB/AB6640_KMP saylı kredit müqaviləsi üzrə 5835,02 manat əsas borcun, 20,12 manat faiz borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 78,56 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumunun, ümumilikdə 5978,70 manat pulun Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan 0,14 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipotekanın açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh 26 dekabr 2019cu il tarixli, RB/AB6640_KMP saylı kredit müqaviləsi üzrə cəmi 5855,14 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 123,56 manat pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh məxsus Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evinə yönəldikdən və ev satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh və X1 Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən həmin evdən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsait qeyd olunan 26 dekabr 2019-cu il tarixli, RB/AB6640_KMP saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə Cavabdeh arasında 26 dekabr 2019-cu il tarixli, RB/AB6640_KMP saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə illik faiz dərəcəsi 01 % olmaqla 60 ay müddətinə 10843,44 manat kredit verilmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi icra etməmiş və onun 5835,02 manat əsas borcu, 20,12 manat faiz borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi 26 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən 0,14 ha torpaq sahəsini və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evini banka yüklü etmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019cu il tarixli, RB/AB6640_KMP saylı kredit müqaviləsi üzrə 5835,02 manat əsas borcun, 20,12 manat faiz borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 78,56 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumunun, ümumilikdə 5978,70 manat pulun Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan 0,14 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipotekanın açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh 26 dekabr 2019-cu il tarixli, RB/AB6640_KMP saylı kredit müqaviləsi üzrə cəmi 5855,14 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 123,56 manat pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh məxsus Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evinə yönəldikdən və ev satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh və X1 Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən həmin evdən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsait qeyd olunan 26 dekabr 2019-cu il tarixli, RB/AB6640_KMP saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(017)-1064/2023 saylı qərardadı ilə iddia tələbinin ipoteka predmeti olan Cavabdeh məxsus Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evinə yönəldikdən və ev satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh və X1 Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən həmin evdən çıxarılması və evin boşaldılması hissəsinə xitam verilmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia tələbi Ağcabədi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(017)-1064/2023 saylı qərardadı ilə xitam verilmiş hissəsində başqa qalan hissədə təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli, RB/AB6640_KMP saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik 01 faiz dərəcəsi ilə 10843,44 manat kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdehipoteka qoyan Cavabdeh xüsusi mülkiyyətində olan 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evini "xxxx" ASC-nin xeyrinə ipotekaya qoymuş və həmin ipoteka müqaviləsi təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 mart 2011-ci il tarixli, MA seriya ******* nömrəli çıxarışdan görünür ki, Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 yanvar 2020-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evini İddiaçı ASC-yə yüklü edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 mart 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 5835,02 manat əsas, 20,12 manat faiz, cəmi 5855,14 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2023-cü il tarixli, 10/3695-9/3848 saylı rəyindən görünür ki, Cavabdeh məxsus Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış, likvid qiyməti təqribən 38000 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə Cavabdeh arasında 26 dekabr 2019-cu il tarixli, RB/AB6640_KMP saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 01 faiz dərəcəsi ilə 10843,44 manat kredit verilmişdir. Bundan başqa, kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Ağcabədi rayon, Salmanbəyli ünvanında yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evini ipoteka müqaviləsi ilə yüklü etmiş və həmin ipoteka müqaviləsi təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır. Lakin, cavabdeh kredit müqaviləlsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun 5835,02 manat əsas, 20,12 manat faiz, cəmi 5855,14 manat borcu vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2023-cü il tarixli, 10/3695-9/3848 saylı rəyi ilə Cavabdeh məxsus Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış, likvid qiyməti təqribən 38000 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh tələb olunan məbləğ Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan 0,14 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evinə yönəldilərkən həmin əmlakın ilkin satış, likvid qiyməti 38000 manat məbləğində müəyyən edilməlidir. İşdə olan 22 fevral 2023-cü il tarixli və 28 mart 2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 45 manat və 78,56 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat və ödənilmiş 78,56 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, aparılmış tədqiqatın dəyəri 50 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək 26 dekabr 2019-cu il tarixli, RB/AB6640_KMP saylı kredit müqaviləsi üzrə 5835,02 manat əsas borc, 20,12 manat faiz borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 78,56 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu, cəmi 5978,7 manat pul Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tələb Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan 0,14 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 38000 manat müəyyən edilməli, ipoteka predmeti açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəlməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və Cavabdeh 50 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. 26 dekabr 2019-cu il tarixli, RB/AB6640_KMP saylı kredit müqaviləsi üzrə 5835,02 manat əsas borc, 20,12 manat faiz borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 78,56 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu, cəmi 5978 (beş min doqquz yüz yetmiş səkkiz) manat 70 (yetmiş) qəpik pul Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb Ağcabədi rayon, Salmanbəyli kəndində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan 0,14 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53,10 kv.m yaşayış, 38,60 kv.m köməkçi, 91,70 kv.m ümumi sahədən ibarət yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 38000 (otuz səkkiz min) manat müəyyən edilsin. İpoteka predmeti açıq hərracda satılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh əlavə olaraq 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1064/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1064/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver