Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-11/2025 30.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradnn qaldırılması və qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və onun ailə üzvlərinə məxsus olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********70 olan, Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 1,95 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı onunla əsaslandırmışdır ki, Ağcabədi rayon, Təzəkənd kəndində yerləşən kənd təsərüfatı təyinatlı torpaqları kateqoriyasına aid 1,95 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüquq üzrə iddaçı İddiaçı və onun ailə üzvlərinə məxsusdur və bu barədə iddiaçıya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-in 6 saylı ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və 13 oktyabr 2022-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Lakin, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və iddiaçının həmin torpaqdan istifadəsinə mane olmuşdur. Ona görə də İddiaçı məxsus Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən kənd təsərüfatı təyinatlı torpaqları kateqoriyasına aid 1,95 hektar torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının və onun nümayəndəsi vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-in 6 saylı ərazi idarəsi tərəfindən 17 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən kənd təsərüfatı təyinatlı torpaqları kateqoriyasına aid 1,95 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüquq üzrə iddaçı İddiaçı və onun ailə üzvləri X9, X8 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan 13 oktyabr 2022-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən kənd təsərüfatı təyinatlı torpaqları kateqoriyasına aid 1,95 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüquq üzrə iddaçı İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə verilmiş Ağcabədi rayonnun Təzəkənd kəndində yerləşən kənd təsərüfatı təyinatlı torpaqları kateqoriyasına aid 1,95 hektar torpaq sahəsinin 0,29 ha hissəsi Ağcabədi rayonunun Təzəkənd kənd bələdiyyəsinin ehtiyat fonduna aid torpaq sahəsi ilə üşt-üstə düşür və 1,66 ha hissəsi isə Cavabdeh tərəfindən istifadə edilir. İşdə olan JN 0017, Kod 60807028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X4, X1, X5, X6, Cavabdeh ümumibirgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 3,50 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. İşin araşdırılan halları, tərəflərin izahatları və iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəyləri müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-in 6 saylı ərazi idarəsi tərəfindən 17 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətinə verilmiş Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən kənd təsərüfatı təyinatlı torpaqları kateqoriyasına aid 1,95 hektar torpaq sahəsindən Cavabdeh qanunsuz istifadə etməsinə görə cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdeh isə iddiaçının tələbini etiraf etmədiyi üçün məhkəmə tərəfindən təyin olunmuş ekspertiza üzrə mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, cavabdeh həqiqətən iddiaçılara məxsus torpaq sahəsinin 1,66 ha hissəsindən qanunsuz istifadə edir. Məhkəmə iddiaçının tələb etdiyi mübahisəli 1,95 ha torpaq sahəsindən 1,66 ha hissəsinin cavabdehin qanunsuz istifadəsində olmasını təsdiq edən mütəxəssis və ekspert rəylərini mötəbər sübut kimi qəbul edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1,66 ha torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-in 6 saylı ərazi idarəsi tərəfindən 17 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,95 ha torpaq sahəsinin 1,66 ha hissəsindən Cavabdeh çıxarılmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 02 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan 18 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı ödənilmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertiza tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat mütəxəssis rəyinin verilməsi üçün xərc, cəmi 200 manat alınaraq İddiaçı, 50 (əlli) ekspertiza tədqiqinin dəyəri alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-in 6 saylı ərazi idarəsi tərəfindən 17 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən iddaçı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,95 ha torpaq sahəsinin 1,66 ha hissəsindən Cavabdeh çıxarılsın. Cavabdeh 100 manat dövlət rüsumu və 100 manat mütəxəssis rəyinin verilməsi üçün xərc, cəmi 200 (iki yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) ekspertiza tədqiqinin dəyəri alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-11/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-11/2025
30.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver