Məhkəmə qərarları › İş №2(017)-110/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-110/2025

07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-110/2025 07.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında həmkəndlisi Cavabdeh ona pul lazım olduğunu bildirdi və 6 ay müddətinə qaytaracağına söz verdi. O, cavabdehi tanıdığı üçün 23000 manat pulu borc olaraq vermiş və bu barədə cavabdehdən qəbz almışdır. Həmin vaxtdan bir il altı ay müddət keçməsinə baxmayaraq cavabdeh borcundan heç bir ödəniş etməmişdir. Cavabdehdən dəfələrlə borcunu istəsə də, cavabdeh borcunu qaytarmaqdan müxtəlif bəhanələr gətirərək boyun qaçırır. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh 23000 manat məbləğində pulu və ödənilmiş 161 manat dövlət rüsumunun tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, 2023-cü ilin mart ayında həmkəndlisi Cavabdeh ona pul lazım olduğunu bildirdi və 6 ay müddətinə qaytaracağına söz verdi. O, cavabdehi tanıdığı üçün 23000 manat pulu borc olaraq vermiş və bu barədə cavabdehdən qəbz almışdır. Həmin vaxtdan bir il altı ay müddət keçməsinə baxmayaraq cavabdeh borcundan heç bir ödəniş etməmişdir. Cavabdehdən dəfələrlə borcunu istəsə də, cavabdeh borcunu qaytarmaqdan müxtəlif bəhanələr gətirərək boyun qaçırır. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh 23000 manat məbləğində pulu və ödənilmiş 161 manat dövlət rüsumunun tutularaq onun xeyirinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavbdeh Cavabdeh iddianı qəbul etdi və izahat verərək göstərdi ki, İddiaçı onun qohumu və həmkəndlisidir. Xəstə olduğu üçün 2023-cü ilin mart ayında qohumu İddiaçı 23000 manat borc pul aldı və bu barədə öz xətti və imzası ilə qəbz yazıb vermişdir. Lakin maddi imkanı olmadığı üçün borcundan heç bir ödəniş edə bilməmişdir. Hazırda onun İddiaçı 23000 (iyirmi üç min)manat məbləğində pul verəcəyi var. Həmin pulu hissə-hissə qaytaracağını bildirib və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdehdən 6 ay müddətinə qaytarmaq şərti ilə 23000 manat borc pul almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 161 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 161 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 23000 manat məbləğində pul və iddia qaldırarkən ödənilmiş 161 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 23000 (iyirmi üç min) manat məbləğində pul və dövlət rusumuna görə ödənilmiş 161 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar