Məhkəmə qərarları › İş №2(017)-1100/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1100/2023

26.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1100/2023 26.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır. İş üzrə cavabdeh olan qohumu Ağcabədi rayonunun Xocavənd kəndində yaşayan Cavabdeh onun oğlu Hafiz Quliyevlə birlikdə heyvan alqı-satqısı ilə məşğul olurdu. Təxminən altı ay bundan əvvəl Rahibə pul lazım olduğu üçün bankdan 19.000 manat məbləğində kredit götürüb Rahibə vermişdir. Cavabdeh hər ay 1.000 manat məbləğində pulu ona qaytaracağına söz vermiş və iki ay 1.000 manat və 600 manat olmaqla, ümumilikdə ona 2.600 manat məbləğində pul ödəmişdir. Qalan pulu isə hələdə ödəməmişdir. Bundan başqa o, özünə məxsus «QAZEL» markalı avtomobilini 10.000 manata Rahibə satmışdır. Rahib isə «Qazell»in pulundan ona yalnız 3.000 manat vermişdir. Ondan alınan borc pul cavabdeh tərəfindən bu günə kimi qaytarılmamış, dəfələrlə cavabdehə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də o, rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və polis şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh vermiş olduğu izahatında ona borcu olmasını etiraf etməsini və qaytaracağını bildirmişdir. Ağcabədi rayon polis şöbəsi tərəfindən müraciətinin mülki xarakterli olması ilə əlaqədar ona məhkəməyə müraciət etməsinin tövsiyyə olunmuşdur. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 18.000 manat məbləğində pulun və ödənilmiş 144 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Cavabdeh onun qohumudur. Qohumu Cavabdeh onun oğlu Hafizlə birlikdə heyvan alqısatqısı ilə məşğul olurdu. Rahibə pul lazım olduğu üçün o, bankdan 19.000 manat məbləğində kredit götürüb Rahibə vermişdir. Rahibdə hər ay 1.000 manat pulu ona qaytaracağına söz vermiş və ümumilikdə ona 2.600 manat məbləğində pul ödəmişdir. Qalan pulu isə hələdə ödəməmişdir. Bundan başqa o, özünə məxsus «QAZEL» markalı avtomobilini 10.000 manata Rahibə satmışdır. Rahib isə «Qazell»in pulundan ona yalnız 3.000 manat vermişdir. Cavabdeh tərəfindən bu günə kimi qalan borcu qaytarılmamış, dəfələrlə cavabdehə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Bununla bağlı o, Ağcabədi rayon polis şöbəsinə müraciət etmiş, lakin 27 mart 2023-cü il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki xarakterli tələb olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəmədə iddia qaldırmaq qərarına gəlmiş və məhkəmədən iddia tələbinin təmin olunmaqla Cavabdeh 18.000 manat məbləğində pulun və ödədiyi 144 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etdi. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş Cavabdeh Ağcabədi rayon PŞ-də verdiyi izahatından görünür ki, Cavabdeh İddiaçı ümumilikdə cəmi 18.000 manat məbləğində borcu olduğunu etiraf etmiş və həmin borc pulu ödəyəcəyinə söz vermişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon PŞ-nin cinayət işi başlanmasının rədd edilməsi barədə 27 mart 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı olan ümumilikdə cəmi 18.000 manat məbləğində pulu qaytarmamışdır. Bununla bağlı rayon PŞ-də araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində İddiaçı tələbi mülki tələb olduğu və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı oğlu Hafiz Quliyevlə birlikdə heyvan alqı - satqısı ilə məşğul olurdu. Cavabdeh pul lazım olduğu üçün İddiaçı bankdan 19.000 manat məbləğində kredit götürüb Rahibə vermişdir. Rahib isə həmin puldan Fuada cəmi 2.600 manat məbləğində ödəniş etmişdir. Bundan başqa İddiaçı özünə məxsus «Qazel» markalı avtomobilini Rahibə 10.000 manata satmış, Rahib isə həmin avtomobilin pulundan Fuada cəmi 3.000 manat ödəniş etmişdir. Həmin puldan cavabdeh tərəfindən bu günədək iddiaçıya heç bir məbləğdə pul qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 144 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı götürdüyü puldan iddiaçıya heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 18.000 (on səkkiz min) manat məbləğində pul və ödənilmiş 144 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar