Məhkəmə qərarları › İş №2(017)-1105/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1105/2024

29.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1105/2024 29.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, əvvəllər tanıdığı Ağcabədi rayonu, Hüsülü kənd sakini Cavabdeh ondan 3000 manat borc pul istəmiş, oda, Bayrama həmin məbləğdə pulu olmadığını bildirmişdir. Lakin Bayram ona dönə-dönə israr etdiyinə görə, həmçinin şəxsi münasibətlərinin xatirinə Bayrama xx.xx.2022-ci il tarixdə 2000 manat məbləğində pulu borc olaraq vermişdir. Cavabdeh borcu alarkən 3 ay müddətinə qaytaracağına söz vermiş, o, isə Bayrama 5-6 ay müddət vermişdir. 3 ay tamam olandan sonra Bayram Bakı şəhərinə çox vacib iş üçün getməli olduğunu 1000 manat pula ehtiyacı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə gücü çatan miqdarda yəni 500 manat pul vermişdir. Ümumillikdə o, Bayrama 2500 manat borc pul vermişdir. O, pulu verəndən sonra Bayramın **********380354 nömrəli pensiya kartını almış, lakin pul çıxarmaq istədikdə kartın qarşısının bağlandığını görmüş, Bayrama zəng edərək vəziyyəti bildirmiş, Bayram isə ona səbirli olmasını yaxın vaxtlarda 6600 manat sığorta pulun alacağını və həmin pulu yarısını ona verəcəyini bildirmişdir. Aralarında yaxın münasibət olsa da, hər ehtimal üçün o, Bayramdan borcun alınmasına dair yazılı qəbz almışdır. Cavabdehə dəfələrlə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh 2500 məbləğində borcun və ödənilmiş 46 manat dövlət rüsumunun tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, əvvəllər tanıdığı və yaxın münasibətdə olduğu Ağcabədi rayonu, Hüsülü kənd sakini Cavabdeh 3000 manat borc pul istəmişdir. O da, Bayrama həmin məbləğdə pulu olmadığını bildirmişdir. Lakin Bayram ona dönə-dönə israr etdiyinə görə, həmçinin şəxsi münasibətlərinin xatirinə Bayrama xx.xx.2022-ci il tarixdə 2000 manat məbləğində pulu borc olaraq vermiş və bu barədə cavabdeh tərəfindən yazılımış və imzalanmış qəbz almışdır. 3 ay tamam olandan sonra Bayram Bakı şəhərinə çox vacib iş üçün getməli olduğunu 1000 manat pula ehtiyacı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə maddi gücü çatan miqdarda yəni 500 manat pul vermişdir. Həmin 500 manat pul öz təsdiqini Ağcabədi rayon Məhkəməsinin 2(017)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində tapır. Ümumillikdə o, Bayrama 2500 manat borc vermişdir. O, pulu verəndən sonra Bayramın 4169 7416 8338 0354 nömrəli pensiya kartını almış, lakin pul çıxarmaq istədikdə kartın qarşısının bağlandığını görmüş və Bayrama zəng edərək vəziyyəti bildirmişdir. Bayram isə ona səbirli olmasını yaxın vaxtlarda 6600 manat sığorta pulun alacağını və həmin pulun yarısını ona verəcəyini bildirmişdir. Cavabdehə dəfələrlə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin olunmaqla Cavabdeh 2500 manat məbləğində pulun və ödənilmiş 46 manat dövlət rüsumunun tutularaq onun xeyirinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavbdeh Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, ehtiyacı olduğu üçün əvvəllər tanıdığı və yaxın münasibətdə olduğu İddiaçı 2000 manat məbləğində pulu borc almış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə qəbz yazıb vermişdir. Sonradan o, müxtəlif vaxtlarda hissəhissə iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh iddiaçıdan 2000 manat borc pul almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 46 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı ehtiyacı olduğu üçün 2000 manat məbləğində borc pul almış və bu barədə öz xətti və öz imzası ilə qəbz yazmışdır. Lakin cavabdeh tərəfindən həmin borc iddiaçıya ödənilməmişdir. Bununlada cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 46 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı götürdüyü puldan iddiaçıya heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. İddiaçı tərəfindən 2500 manat tələb olunsa da, işdə olan xx.xx.2022-ci il tarixli qəbzdən də görsənir ki, Cavabdeh iddiaçıdan 2000 manat borc pul almışdır. 500 manat borc pulun iddiaçı tərfindən cavabdehə verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Ona görə iddia qismən təmin olunaraq cavabdehdən 2000 manat məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 40 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində borc pul və dövlət rusumuna görə ödənilmiş 40 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar