Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1114/2023 06.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu X3 15 fevral 2002-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayır. X4 ilə 13 mart 1980-ci ildə rəsmi nikahdan keçməklə ailə qurmuşdur. Birgə nikahlarından olan 20 avqust 1986-cı il tarixdə anadan olmuş oğlu X7 15 fevral 2002-ci il tarixdə vəfat etmiş və kənd qəbiristanlığında dəfn etmişlər. X1 vəfatından sonra mərhum ərindən Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən, Ağcabədi rayon Ağrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli 12 nömrəli qərarı ilə onlara torpaq sahəsi miras qalmışdır. Miras əmlaka dair şəhadətnamə almaq üçün “ASAN XİDMƏT” Mərkəzində yerləşən notariat ofisinə müraciət edərkən vərəsələrin siyahısında mərhum oğlu X3 da adı olduğu üçün onun ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq 20 avqust 1986-cı il tarixdə anadan olmuş oğlu X3 15 fevral 2002-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun xalasıdır. Ərizəçi 20 avqust 1986-cı il tarixdə anadan olmuş oğlu, yəni xalası oğlu X7 15 fevral 2002-ci il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, X6 ölüm haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçi 20 avqust 1986-cı il tarixdə anadan olmuş oğlu, yəni bacısı oğlu X7 15 fevral 2002-ci il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, X6 ölüm haqqında şəhadətnamə alınmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20 avqust 1986-cı ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində doğulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli məktubdan görünür ki, 20 avqust 1986-cı ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində doğulmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin 20 avqust 1986-cı ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində doğulmuş X7 15 fevral 2002-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində vəfat etmiş, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun 20 avqust 1986-cı ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində doğulmuş oğlu X3 15 fevral 2002-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 20 avqust 1986-cı il tarixdə anadan olmuş X3 15 fevral 2002-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1114/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1114/2023
06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver