Məhkəmə qərarları › İş №2(017)-1151/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1151/2023

30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1151/2023 30.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X11 ərizəni müdafiə edərək izahatında göstərdi ki, mərhum X3 xx.xx.1971-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. Hərbi xidmətə çağırılmış, hərbi xidmətini Moskva şəhərində keçirmişdir. X3 Sovet Ordusu sıralarında xidmət keçərkən, xx.xx.1989-cu il tarixdə Moskva şəhərində naməlum şəraitdə vəfat etmişdir. Ölümündən sonra nəşi Azərbaycana gətirilmiş, Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. Qardaşının ölümü qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə onlara ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1971-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X8 xx.xx.1989-cu il tarixdə Moskva şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərdi ki, mərhum X13 onun əmisi oğludur. Əmisi oğlu mərhum X13 hərbi xidmətə çağırılmış, hərbi xidmətini Moskva şəhərində keçirmiş, Sovet Ordusu sıralarında hərbi xidmət keçərkən xx.xx.1989-cu il tarixdə Moskva şəhərində naməlum şəraitdə vəfat etmişdir. Ölümündən sonra nəşi Azərbaycana gətirilmiş, Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahidlər X2 və X9 şahid X6 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X13 xx.xx.1971-ci il tarixdə Ağcabədi şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş və Ağcabədi RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X4 Ordusu sıralarında həqiqi hərbi xidmət keçərkən xx.xx.1989-cu il tarixdə Moskva şəhərində naməlum şəraitdə vəfat etmişdir. X1 şəhər qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadığına görə X8 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1971-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X13 xx.xx.1989-cu il tarixdə Moskva şəhərində vəfat etmiş, ölümündən sonra nəşi gətirilərək Ağcabədi şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1971-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X8 xx.xx.1989-cu il tarixdə Moskva şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1971-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X8 xx.xx.1989-cu il tarixdə Moskva şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar