Məhkəmə qərarları › İş №2(017)-1158/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1158/2024

10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1158/2024 10.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 6800 manat borc, 1020 manat əldən çıxmış fayda, dövlət rüsumuna görə ödənilmiş 88 manat, Cavabdeh2 3150 manat borc, 472 manat əldən çıxmış fayda, dövlət rüsumuna görə ödənilmiş 52 manat və Cavabdeh3 17400 manat borc, 2572 manat əldən çıxmış fayda, dövlət rüsumuna görə ödənilmiş 142 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək verdiyi izahatında göstərdi ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bir neçə ildir tanıyır. Mal-qara bazarında alver edib ailəsini dolandırır. Əvvəl Qaməti tanımış, sonradan Qamətin vasitəsilə Röyalı və Rahibi tanımışdır. Dəfələrlə mal bazarında cavabdehlərlə aralarında heyvan alqı-satqısı olmuşdur. Mal bazarında alver etmək üçün cavabdehlərə nağd pul vermiş, əldə etdikləri qazancdan ona da pul vermişlər. Bu müddət ərzində hissə-hissə olmaqla Rahibə 21600 manat, Qamətə 13500 manat və Röyala 12500 manat pul vermişdir. Onlar həmin pullar hesabına mal bazarında heyvan alıb sataraq qazanc əldə etmişlər. ona olan borclarının bir hissəsini qaytarmışlar. Hazırkı vaxtadək Rahibə verdiyi 21600 manat puldan Rahib ona hissə-hissə qaytarsa da bu günə 17400 manat borcu qalmışdır. Qamətə verdiyi 13500 manat puldan sonuncu hissə-hissə qaytarmış, 6800 manat borclu qalmışdır. Röyala isə verdiyi 12500 manat puldan sonuncu hissə-hissə qaytararaq 3150 manat borclu qalmışdır. Cavabdehlərdən qalan borclarını tələb etmiş, onlar müxtəlif bəhanələr gətirərək qaytarmamışlar. Ona görə də onlardan Bərdə və Ağcabədi polis şöbələrinə şikayət etmişdir. Onun şikayəti üzrə cavabdehlər çağırılıb dindirilmiş və izahatları alınmışdır. Mülki məsələ olduğu üçün aidiyyəti məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Cavabdehlər ona olan borclarını vaxtında qaytarmadıqlarına görə qazancından məhrum olmuşdur. Adi mülki dövriyyə şəraitində cavabdehlər onun pulunu vaxtında versə idilər, mal-qara alverindən daha artıq gəlir əldə edə bilərdi. Bu səbəbdən də cavabdehlər əldən çıxmış fayda şəklində ona əlavə pul ödəməlidirlər. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 6800 manat borc, 1020 manat əldən çıxmış fayda, dövlət rüsumuna görə ödənilmiş 88 manat, Cavabdeh2 3150 manat borc, 472 manat əldən çıxmış fayda, dövlət rüsumuna görə ödənilmiş 52 manat və Cavabdeh3 17400 manat borc, 2572 manat əldən çıxmış fayda, dövlət rüsumuna görə ödənilmiş 142 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, 2020-ci ildə Bərdənin mal bazarında Qabillə tanış olub. Qabildən alver üçün pul alıb, qazancından ona da pul verib. 2023-cü ilin bu vaxtları olardı, Qabilin evinə gedib, haqq-hesab ediblər, aralarında olan sonuncu haqq-hesaba görə onun Qabilə 7800 manat borcu qaldığı müəyyən olundu. Həmin puldan hissə-hissə qaytarmış, onun Qabilə 6800 manat borcu qalmışdır. İki ay bundan əvvəl Qabilə olan 6800 manat borcunu ödəyib qurtarmışdır. Hazırda onun Qabilə borcu yoxdur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, 2020-ci ildə Qabili əmisi oğlu Qamət vasitəsilə tanımışdır. Sonra onunla yaxın münasibətləri yaranmış, mal bazarında alver etmişlər. Qabildən alver üçün 13500 manat borc pul almışdır. Həmin pulla bir müddət mal bazarında alver etmişdir. Sonra ziyana düşmüşdür. Alverdə onun 7000 manat ziyanı olmuşdur. 2022-ci ildə Qabil ondan pulunu istəmiş, həmin il ona 4000 manat vermiş, 9500 manat borclu qalmışdır. 2023-cü ildə qış ayları olardı, Qabilə olan borcunu ödəyib qurtarmışdır. Hazırda onun Qabilə borcu qalmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, uzun müddətdir ki, mal bazarında heyvan alıb satmaqla məşğul olur. 2021-ci ildən Qabili tanıyır. Mal bazarında tanış olublar. Birlikdə alver ediblər. Həmin vaxtlar alver etmək üçün pul lazım olurdu, Qabildən alırdı və bir müddət sonra qaytarıb verirdi. 2022-ci ildə 21000 manat ziyan etmiş, ziyana şərik olmağı deyəndə, Qabil ona “get özün həll et” demişdir. Birinci dəfə Qabil alver etmək üçün “maya” kimi ona hissə-hissə 15000 manat pul verib, bazarda 3 dana alıb, sonra danaları satıb pulunu Qabilə verib. Onun Qabilə 7000 manat borcu var. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh3 məhkəməyə teleqram göndərərək məhkəmə iclasını başqa vaxta təxirə salınmasın xahiş etmiş, lakin bu səbəblərin üzrlü olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, İddiaçı şikayəti əsasında Bərdə və Ağcabədi rayon polis şöbəsində araşdırma aparılmış, tərəflərin izahatları alınmışdır. İddiaçı izahatında göstərmişdir ki, mal bazarında heyvan alıb satmaqla məşğul olur. 4-5 il əvvəl Bərdə mal bazarında Qamətlə tanış olmuş, sonra isə onun vasitəsilə Röyal və Rahibi tanımışdır. Bərdə, Ağcabədi və İmişli mal-qara alqı-satqı bazarında birlikdə heyvan alıb satmış, bəzi vaxtlar onlara nağd pullar da vermiş, onlar isə əvəzində ona heyvanlar vermiş, bəzən də özləri heyvan alıb-satıb ona qazanc vermişdilər. Bu müddət ərzində hissə-hissə olmaqla Rahibə 21600 manat, Qamətə 13500 manat və Röyala 12500 manat pul vermişdir. Onlar həmin pullar hesabına heyvan alıb sataraq qazanc əldə edərək ona da pul qazandırmışlar. Hazırkı vaxtadək Rahibə verdiyi 21600 manat puldan, hissə-hissə qaytararaq 17400 manat borclu qalmış, Qamət ona verdiyi 13500 manat puldan, hissəhissə qaytararaq 6800 manat borclu qalmış, Röyal isə ona verdiyi 12500 manat puldan hissə-hissə qaytararaq, 3150 manat borclu qalmışdır. Onlardan pullarını tələb etmiş, lakin hər dəfə müxtəlif bəhanələr gətirərək pullarını qaytarmamışlar. Cavabdeh1 izahatında göstərmişdir ki, mal-qara alqı-satqı bazarında heyvan alıb satmışdır. Qabili təxminən 5 ildir tanımışdır. Qabillə şərikli heyvan alıb satmalı olmuşdur. Buna görə də Qabil ona ümumilikdə 13500 manat pul vermişdir. Aralarındakı razılığa əsasən pulu Qabil verməli, o isə heyvan alıb-satıb ümumi qazancı iki hissəyə bölməli olmuşlar. 2022-ci il tarixədək heyvan alıb-satıb ümumi qazancla yanaşı, Qabilə öz pulunu qaytarsa da, lakin 2022-ci il tarixdə maddi imkansızlığına görə ona ümumi qazancdan pul versə də, lakin öz pulundan qaytara bilməmişdir. Buna görə hətta onun barəsində şikayət etmişdir. Həmin ili, o, Qabillə razılaşmış və ona 3900 manat pul vermiş, ona qalan 6800 manat borcu isə 2023-cü il tarixdə 2 hissəyə ödəməklə verəcəyinə söz vermişdir. Bundan sonra 2023-cü il tarixdə heyvan alıb satdıqca Qabilə hissə-hissə olmaqla 6800 manat borcu ödəyib yekunlaşmışdır. Hazırda onun Qabilə heç bir borcu qalmamışdır. Cavabdeh2 izahatında göstərmişdir ki, mal-qara bazarında heyvan alıb satmaqla məşğul olmuşdur. Qabili təxminən 5 ildir tanımışdır. Qabil ona heyvan alıb-satmaq üçün şərikli işləmək təklif etmişdir. Həmin təklifə əsasən pulu Qabil verməli, o, isə heyvan alıbsatıb ümumi qazancı yarı bölməli olmuşlar. O da Qabillə razılaşmışdır. Buna görə Qabil Bərdə mal-qara bazarında ona heyvan almaq üçün 12500 manat pul vermişdir. 2023-cü ilin sonunadək, o, Qabilin verdiyi pulla heyvan alıb-satıb ümumi qazancla yanaşı, Qabilin öz pullarını da hissə-hissə qaytarmış və 2023-cü ilin sonunda Qabilə 2400 manat borclu qalmışdır. 2024-cü ilin yanvar - fevral aylarında o, heyvan alıb satandan sonra 2 hissəyə olmaqla Qabilin pullarını tamamilə qaytarmışdır. Cavabdeh3 izahatında göstərmişdir ki, Qabili təxminən 5 ildir tanıyır. Qabillə tanışlığı Bərdə mal-qara bazarında olmuşdur. Həmin vaxtlar da Qabil ona heyvan alıb-satmaq üçün pul köməklik edə biləcəyini, o, da heyvan alıb-satdıqca onun pullarını hissə-hissə ödəməklə, eyni zamanda qazancı da 2 hissəyə bölməsi təklifini etmişdir. O da Qabilin şərtlərini qəbul etmişdir. Həmin vaxtlarda Qabil ona ümumilikdə 21600 manat pul vermişdir. O əvvəllər Qabilin dediyi şərtlərlə işləmiş, heyvan alıb-sataraq Qabilə pul qazandırmış, eyni zamanda hissə-hissə onun pullarını qaytarmışdır. 2023-cü ilin payız aylarınadək onun Qabilə 17400 manat borcu qalmışdır. Sonradan Qabil ona verdiyi pulları hissə-hissə deyil, bütöv şəkildə ona qaytarmasını demişdir. O da 2024-cü ilin fevral ayının sonunadək Qabilin onda olan pullarına heyvanlar alıb-sataraq oradan qazanc götürmədən Qabilə 10000 manat pul qaytarmışdır. Hazırda onun Qabilə 7400 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-cı maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mal-qara alqı-satqı bazarında alver etmək məqsədi ilə İddiaçı borc pul almışlar. Bu məqsədlə İddiaçı cavabdehlər Cavabdeh1 13500 manat, Cavabdeh2 12500 manat, Cavabdeh3 isə 21600 manat pul almışlar. Cavabdehlər həmin pulun bir hissəsini hissə-hissə iddiaçıya qaytarmış, hazırda İddiaçı cavabdehlər Cavabdeh1 6800 manat, Cavabdeh2 3150 manat, Cavabdeh3 isə 17400 manat borcları ödənilməmiş qalmışdır. Borcun ödənilməsi üçün iddiaçı cavabdehlərə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 6800 manat borc, dövlət rüsumuna görə ödənilmiş 88 manat, Cavabdeh2 3150 manat borc, dövlət rüsumuna görə ödənilmiş 51 manat və Cavabdeh3 17400 manat borc, dövlət rüsumuna görə ödənilmiş 142 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı olan iddiasının cavabdehlər Cavabdeh1 1020 manat, Cavabdeh2 472 manat və Cavabdeh3 2572 manat əldən çıxmış faydanın alınıb verilməsinə dair hissəsində, iddiaçı həmin halları təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmiş, eləcə də istinad etdiyi hüquqi əsasını göstərməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 151 manat, 51 manat və 88 manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 142 manat, 51 manat və 88 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Qalan məbləğ isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 6800 manat borc, dövlət rüsumuna görə ödənilmiş 88 manat, Cavabdeh2 3150 manat borc, dövlət rüsumuna görə ödənilmiş 51 manat və Cavabdeh3 17400 manat borc, dövlət rüsumuna görə ödənilmiş 142 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar