Məhkəmə qərarları › İş №2(017)-1160/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1160/2024

20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1160/2024 20.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 və Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, anası - xx.xx.1938-ci il tarixdə anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində vəfat etmiş, Ağcabədi rayonunun Hüsülü kənd qəbiristanlığında dəfn edilmişdir. Anasının qəbir daşının üzərində doğulduğu və dəfn olunduğu gün göstərilmişdir. Anasının ölüm haqqında sənədi olmadığı üçün ondan qalan mirası sənədləşdirmək mümkün olmamışdır. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də X1 xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi məhkəməyə məktub göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşu olmuş, onu və ailəsini yaxından tanımışdır. X2 ərizəçinin anası olmuş, xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində vəfat etmiş, Ağcabədi rayonunun Hüsülü kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X7 şahid X4 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd təqdim edilmədiyi üçün X1 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Az ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi adına verilmiş doğum haqqında şəhadətnamənin "anası" qrafasında X2 yazılmışdır. İş materiallarına əlavə olunmuş Ağcabədi RİHB-nın Hüsülü kənd İƏD-si üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli, 41 nömrəli arayışdan görünür ki, Ərizəçi anası X2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Hüsülü kənd qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X2 xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində vəfat etmiş və Ağcabədi rayonunun Hüsülü kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, X1 xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1938-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar