Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1169/2024 20.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 07 iyun 2014-cü il tarixli müqaviləyə əsasən 0,05 ha torpaq sahəsinə, 1 sotu 300 manat olmaqla, 5 sota görə ödədiyi 1500 manat pulun və ödədiyi 35 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, 07 iyun 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh JN 015A, KOD 60804048 saylı şəhadətnamə ilə mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,05 ha hissəsini 1 sotu 300 manat olmaqla 1500 manata İddiaçı satmışdır. İddiaçı torpaq sahəsini cavabdehdən aldıqdan sonra həmin torpaq sahəsini hasarlanış və orada yaşıllaşdırma işləri apararaq ağaclar əkmişdir. Lakin, bir neçə il sonra cavabdeh müqavilənin şərtlərini pozaraq torpaq sahəsini iddiaçıdan geri almış və 2022-ci ildən iddiaçının torpaq sahəsindən istifadəsinə son qoymuşdur. Həmin vaxtlarda cavabdeh iddiaçıdan aldığı 1500 manat pulu qaytaracağını bildirsə də, qaytarmamışdır. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı nüayəndəsinin göstərdikləri həqiqəti əks etdirmir. O, iddiaçıya heç bir torpaq sahəsi satmamış və bununla bağlı iddiaçı ona hər hansısa ödəniş etməmişdir. Həmçinin iddiada qeyd edilən müqavilədən xəbəri yoxdur və heç bir müqavilə imzalamamışdır. Ona görə də, iddianı qəbul etmir və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 07 iyun 2014-cü il tarixli müqavilənamədən görünür ki, Ağcabədi rayonu Cəfərbəyli kənd sakini Cavabdeh JN 015A, KOD 60804048 saylı şəhadətnamə ilə mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,05 sotunu Ağcabədi rayonu Köyük kənd sakini İddiaçı 1 sotu 300 manat olmaqla, 5 sota görə ödədiyi 1500 manata satmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 07 iyun 2014-cü il tarixli aktdan görünür ki, Ağcabədi rayonu Cəfərbəyli kənd sakini Cavabdeh JN 015A, KOD 60804048 saylı şəhadətnamə ilə mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,05 sotunu Ağcabədi rayonu Köyük kənd sakini İddiaçı 1 sotu 300 manat olmaqla, 5 sota görə 1500 manata satmış və Cavabdeh 1500 manat pulu İddiaçı qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli, 4/1133 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(017)-1169/2024 nömrəli mülki işin 7-ci vərəqində olan müqavilənamənin aşağı hissəsində “Cəfərbəyli kənd sakini” qrafasında “Cavabdeh AZE 0*******” yazlarının qarşısında olan imza; mülki işin 8-ci vərəqində olan “Etibarnamə”də “Cəfərbəyli kənd sakini” qrafasında “Cavabdeh – torpaq sahibi” yazılarının qarşısında olan imza; mülki işin 9-cu vərəqində olan “Akt”ın orta hissəsində “Cavabdeh” yazılarının qarşısında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2014-cü il tarixli müqaviləyə və akta əsasən Cavabdeh JN 015A, KOD 60804048 saylı şəhadətnamə ilə mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,05 sotunu İddiaçı 1 sotu 300 manat olmaqla 1500 manata satmağı öhdəsinə götürmüş və Cavabdeh 1500 manat pulu İddiaçı qəbul etmişdir. Lakin, bundan bir neçə il sonra cavabdeh müqavilənin şərtlərini pozaraq torpaq sahəsini iddiaçıdan geri almışdır. Bununla da Cavabdeh İddiaçı hesabına hüquqi əsas olmadan 1500 manat məbləğində pul vəsaiti əldə etmişdir. Bu hal 07 iyun 2014-cü il tarixli müqavilə və aktla öz təsdiqini tapmışdır. Cavabdeh 1500 manat pulu iddiaçı İddiaçı almadığını, aralarında heç bir müqavilə və akt tərtib olunmadığını göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin Cavabdeh İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilənamədəki, etibarnamədəki və aktdakı imzanın ona məxsus olmamasını göstərdiyi üçün məhkəmənin 12 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşunaslıq və sənədlərin texniki ekspertizası təyin edilərək rəy alınmış və həmin rəydə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, müqavilənamənin aşağı hissəsində “Cəfərbəyli kənd sakini” qrafasında “Cavabdeh AZE 0*******” yazlarının qarşısında olan imza; “Etibarnamə”də “Cəfərbəyli kənd sakini” qrafasında “Cavabdeh – torpaq sahibi” yazılarının qarşısında olan imza; “Akt”ın orta hissəsində “Cavabdeh” yazılarının qarşısında olan imza Cavabdeh tərəfindən icra olunduğu qeyd olunmuşdur. Odur ki, məhkəmə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin müqavilənaməni, aktı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli, 4/1133 saylı rəyini sübut növü kimi qəbul edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 1500 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 16 may 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 35 manat dövlət rüsumu ödəmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh 35 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməli və 124 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1500 manat məbləğində pul və iddia qaldırılarkən ödənilmiş 35 manat dövlət rüsumu, cəmi 1535 (bir min beş yüz otuz beş) manat alınaraq İddiaçı verilsin. Cavabdeh əlavə olaraq 124 (bir yüz iyirmi dörd) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1169/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1169/2024
20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver