Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-117/2024 30.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 16.000 manat borc, ödəmiş olduğu 139 manat dövlət rüsumu, 120 manat vəkil orderinin alınması üçün ödənişin, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi Notariusunda 3M-71 və 3M-73 reyestr nömrəli kredit müqavilələrinin rəsmiləşdirilməsi üçün ödənilmiş 230 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 05 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi Notariusunda borc müqaviləsi bağlamaqla cavabdehə 10.000 manat məbləğində borc pul vermiş və həmin müqavilədə cavabdeh 05 fevral 2023-cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, 15 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi Notariusunda borc müqaviləsi bağlamaqla cavabdehə 6.000 manat məbləğində borc pul vermiş və həmin müqavilədə cavabdeh 15 fevral 2023cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, həmin müddətdən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən borc qaytarılmamış və cavabdeh borcu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Cavabdehdən dəfələrlə borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 16.000 manat borc, ödəmiş olduğu 139 manat dövlət rüsumu, 120 manat vəkil orderinin alınması üçün ödənişin, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi Notariusunda 3M- 71 və 3M-73 reyestr nömrəli kredit müqavilələrinin rəsmiləşdirilməsi üçün ödənilmiş 230 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onun və iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının və onun nümayəndəsinin və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 05 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi Notariusunda təsdiq olunmuş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10.000 manat borc pul vermiş və Cavabdeh həmin pulu 05 fevral 2023-cü il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi Notariusunda təsdiq olunmuş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 6.000 manat borc pul vermiş və Cavabdeh həmin pulu 15 fevral 2023-cü il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından göründüyü kimi İddiaçı 05 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi Notariusunda təsdiq olunmuş kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 10.000 manat borc pul vermiş və Cavabdeh həmin pulu 05 fevral 2023cü il tarixədək, 15 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi Notariusunda təsdiq olunmuş kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 6.000 manat borc pul vermiş və Cavabdeh həmin pulu 15 fevral 2023-cü il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyi icra etməyərək həmin pulu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. İşdə olan 07 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 139 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 05 noyabr 2022-ci il tarixli və 15 noyabr 2022-ci il tarixli Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi Notariusunda təsdiq olunmuş kredit müqavilələrindən görünür ki, kredit müqavilələrinin rəsmiləşdirilməsi üçün ümumilikdə 230 manat ödənilmişdir. İşdə olan 04 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat xidmət haqqı Şirvan Pegional Vəkil bürosunun vəkili Nümayəndə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 139 manat dövlət rüsumu, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi Notariusunda 3M-71 və 3M-73 reyestr nömrəli kredit müqavilələrinin rəsmiləşdirilməsi üçün ödənilmiş 230 manat və 100 manat xidmət haqqı iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 16.000 manat borc, ödəmiş olduğu 139 manat dövlət rüsumu, 100 manat xidmət haqqı, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli müqavilələrinin rəsmiləşdirilməsi üçün ödənilmiş 230 manat, cəmi 16469 manat alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 16.000 manat borc, ödəmiş olduğu 139 manat dövlət rüsumu, 100 manat xidmət haqqı, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli müqavilələrinin rəsmiləşdirilməsi üçün ödənilmiş 230 manat, cəmi 16469 (on altı min dörd yüz altımış doqquz) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-117/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-117/2024
30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver