Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1182/2025 20.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı reqress qaydasında pulun alınıb verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı reqress qaydasında pulun alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim etdi və izahatında göstərdi ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 38 faizlə 12 ay müddətinə bankdan 950 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq bankla onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Banka olan borcunu ödəmədiyindən Bank onlara qarşı "borca" dair iddia tələbi irəli sürmüşdür. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(017)-1701/2017 nömrəli qətnaməsinə əsasən Bankın iddiası qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 886,55 ABŞ dolları əsas borc, 1247,34 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə üzrə borcu olmaqla, cəmi 2183,89 ABŞ dolları məbləğində borc, habelə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh və İddiaçı alınaraq "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Cavabdeh həmin pulu ödəməmiş, bu səbəbdən də ümumilikdə 2183,89 ABŞ dolları məbləğində borc zamin kimi onun əmək haqqına yönəldilmiş və onun əmək haqqından ümumilikdə 3780 manat məbləğində pul tutularaq "xxxx" BOKT ASC-nin hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən ona maddi ziyanın vurulması danılmazdır, yəni işin mübahisə edilməyən halı olmasına baxmayaraq cavabdeh hal-hazıradək ona vurduğu maddi ziyandan cəmi 1000 manat ödəniş etmiş, qalan borcu ödəməməklə ona qarşı laqeydlik göstərmişdir. Cavabdehin borcunu ödədiyinə görə onun reqress hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini, 2780 manat məbləğində pulun və 57,80 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(017)-1701/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Bankın iddiası qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 886,55 ABŞ dolları əsas borc, 1247,34 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə üzrə borcu olmaqla, cəmi 2183,89 ABŞ dolları məbləğində borc, habelə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh və İddiaçı alınaraq "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan ödənişə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ağcabədi rayon Ş.Hüseynov aına Xocavənd kənd 1 saylı tam orta məktəbin müəllimi İddiaçı əmək haqqından Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən 2017-ci il sentyabr ayından 2020-ci ilin iyul ayına kimi "xxxx" ASC-nin hesabına cəmi 3780 manat məbləğində pul tutulmuşdur. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(017)-1701/2017 nömrəli qətnaməsinə əsasən başlanmış icra işi üzrə icra sənədi tam icra olunduğuna görə xx.xx.2021-ci il tarixdə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1, 311.2 və 311.3-cü maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(017)-1701/2017 nömrəli qətnaməsinə əsasən Bankın iddiası qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 886,55 ABŞ dolları əsas borc, 1247,34 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə üzrə borcu olmaqla, cəmi 2183,89 ABŞ dolları məbləğində borc, habelə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh və İddiaçı alınaraq "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İddiaçı əmək haqqından 3780 manat məbləğində pul tutularaq "xxxx" ASCnin hesabına köçürülmüşdür. Bununla da ona 3780 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda qətnamə üzrə banka borc qalmamışdır. Sonradan cavabdeh 1000 manat ödəniş etmiş, hal-hazırda iddiaçıya olan borcu 2780 manat təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, reqress qaydasında pulun alınıb verilməsi tələbinə dair iddia təmin edilərək, Cavabdeh 2780 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanuna əsasən hazırkı iş üzrə dövlət rüsumu 57,80 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği tam təmin edildiyi üçün iddia tələbinin məbləğinə uyğun olaraq cavabdehdən 57,80 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2780 manat məbləğində pul, həmçinin dövlət rüsumuna görə ödənilmiş 57,80 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1182/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1182/2025
20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver