Məhkəmə qərarları › İş №2(017)-12/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-12/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-12/2023 13.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “6480 manat məbləğində əsas və dəymiş ziyana görə 300 manat məbləğində zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “6480 manat məbləğində əsas və dəymiş ziyana görə 300 manat məbləğində zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 2016-cı ilin avqust ayından 2019-cu ilin oktyabr ayına kimi olan müddət ərzində ona 3 faizlə kredit şəklində pul verib, 72 qram çəkidə 6480 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyalarını girov götürmüşdür. Cavabdeh aldığı pulu faizlə birlikdə qaytarmasına baxmayaraq sonuncu vədinə əməl etməyib girov qismində saxladığı qızıl-zinət əşyalarını qaytarmayaraq, həmin qızıl-zinət əşyalarını ələ keçirib etibardan sui-istifadə etmə və aldatma yolu ilə 6480 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Həmin hərəkətlərinə görə Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq olunaraq təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsindən azad edilmiş, Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh nə istintaq dövründə nə də ki, ondan sonrakı dövrlərdə cinayət yolu ilə ona vurduğu maddi zərəri qaytarmamışdır. Ona vurulmuş maddi ziyanı vaxtında qaytarmadığına görə ona əlavə 300 manat məbləğində maddi zərər dəymişdir. Ondan pulunu tələb etsə də bu günə kimi qaytarmamışdır. Ona görə də Cavabdeh 6480 manat maddi zərərin, əldən çıxmış faydaya görə 300 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 90 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və verdiyi izahatında göstərdi ki, Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmlə razılaşmadığına görə hökmdən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq olunaraq təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsindən azad edilmiş, Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı ilə də razılaşmamış və kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlara baxmayaraq bir daha bildirir ki, onun tərəfindən iddiaçıya hər hansı bir zərər vurulmamışdır. Bu səbəbdən də nə istintaq nə də ki, sonrakı dövrlərdə İddiaçı heç bir ödəniş etməmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 27 oktyabr 2021-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Ağcabədi şəhəri, H.Hacıyev küçəsində Ağcabədi rayon mərkəzi bazarının yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında Ağcabədi rayonunun Hacılar kənd sakini İddiaçı 2016-cı ilin avqust ayında 36 qram qızıl girov qismində qoymaqla, 3 faizlə 3000 manat, 2018-ci ilin may ayında 9 qram qızıl girov qismində qoymaqla, 3 faizlə 700 manat, 2019-cu ilin oktyabr ayında 27 qram qızılı girov qismində qoymaqla, 3 faizlə 900 manat, ümumilikdə 2016-cı ilin avqust ayından 2019-cu ilin oktyabr ayına kimi olan müddət ərzində İddiaçı 3 faizlə kredit şəklində pul verib, 72 qram 6480 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyalarını götürmüş, İddiaçı pulu faizi ilə birlikdə qaytarmasına baxmayaraq Cavabdeh vədinə əməl edib girov qismində saxladığı qızıl-zinət əşyalarını qaytarmayaraq, həmin qızıl-zinət əşyalarını ələ keçirib etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı 6480 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq olunaraq təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsindən azad edilmiş, Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 17 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 179.4-ü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli. 07 nömrəli qərarının 2-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən olundu ki, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Ağcabədi şəhəri, H.Hacıyev küçəsində Ağcabədi rayon mərkəzi bazarının yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında Ağcabədi rayonunun Hacılar kənd sakini İddiaçı 2016-cı ilin avqust ayında 36 qram qızıl girov qismində qoymaqla, 3 faizlə 3000 manat, 2018-ci ilin may ayında 9 qram qızıl girov qismində qoymaqla, 3 faizlə 700 manat, 2019-cu ilin oktyabr ayında 27 qram qızılı girov qismində qoymaqla, 3 faizlə 900 manat, ümumilikdə 2016-cı ilin avqust ayından 2019-cu ilin oktyabr ayına kimi olan müddət ərzində İddiaçı 3 faizlə kredit şəklində pul verib, 72 qram 6480 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyalarını götürmüş, İddiaçı pulu faizi ilə birlikdə qaytarmasına baxmayaraq Cavabdeh vədinə əməl edib girov qismində saxladığı qızıl-zinət əşyalarını qaytarmayaraq, həmin qızıl-zinət əşyalarını ələ keçirib etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı 6480 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq olunaraq təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsindən azad edilmiş, Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh nə istintaq dövründə nə də ki, ondan sonrakı dövrlərdə iddiaçının pulunu qaytarmamışdır. İddiaçı ondan pulunu tələb etsə də bu günə kimi qaytarmamışdır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 6480 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 90 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan iddiasının əldən çıxmış faydaya görə pulun alınıb verilməsinə dair hissəsində, iddiaçı həmin halları təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 6480 manat və dövlət rüsumuna görə ödənilmiş 90 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar