Məhkəmə qərarları › İş №2(017)-120/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-120/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-120/2025 18.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 12000 manat pul və gecikdirilmiş puldan faydalanmağa görə 50 manat, cəmi 12050 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun xalası oğludur və Cavabdeh yaşadıqları kənddə mağaza işlətmişdir. Təxminən 2-3 il bundan əvvəl Cavabdeh birgə alver etmələrini bildirərək ondan hissəhissə 12000 manat pul almışdır. Cavabdeh qazandığı gəlirdən ona verəcəyini bildirsə də, ona heç bir məbləğdə pul verməmiş və ondan aldığı 12000 manat pulu da qaytarmamışdır. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Bunu təsdiq edən səs yazısı da vardır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun xalası oğludur. Əvvəllər yaşadığı kənddə mağaza işlətmişdir. 2017-ci ildə İddiaçı hissə-hissə 12000 manat pul almışdır. Elburus həmin pulu ona faizə vermiş və hər ay 920 manat olmaqla, ümumilikdə Elburusa 45300 manat pul qaytarmışdır. İddiaçı təqdim etdiyi səs yazısı ona məxsusdur və təxminən bir il bundan qabaq olan səs yazısıdır. Həmin vaxt Elburusa 12000 manatı verəcəyini bildirmişdir və bu sözləri Elburusdan aldığı 12000 manatı qaytarmadığı üçün, yəni faiz ödəsə də, əsas məbləği qaytarmadığı üçün demişdir. Göstərdiyi kimi İddiaçı 45300 manat faiz ödəmişdir. Ona görə də, iddianı qəbul etmir və iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh alver etmək məqsədi ilə 12000 manat pul vermişdir. Bu hal Cavabdeh məhkəmə baxışı zamanı vermiş olduğu izahatı ilə də öz təsdiqini tapmışdır. Lakin, Cavabdeh aldığı 12000 manat pulu İddiaçı geri qaytarmamışdır. Buradan da göründüyü kimi cavabdeh iddiaçının 12000 manat məbləğində pulunu əldə edib iddiaçının hesabına hüquqi əsas olmadan əsassız varlanmış və iddiaçı da cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə baxışı zamanı Cavabdeh İddiaçı aldığı 12000 manat pulu faizlə almasını və İddiaçı ümumilikdə 45300 manat pul ödəməsini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim olunan CD diskdə olan səs yazı ilə də müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 12000 manat borcu olması ilə bağlı danışıqlar olmuş, Cavabdeh 12000 manat pulu hissə-hissə qaytaracağını bildirmişdir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazısı İddiaçı ilə Cavabdeh aid olduğundan, həmin danışıqlar tərəflər üçün sirr olmadığından, mahiyyət etibarı ilə iddiaçı ilə cavabdehin arasındakı pul münasibəti ilə bağlı olduğundan məhkəmə həmin səs yazısını da sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 12000 manat pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, İddiaçı Cavabdeh gecikdirilmiş puldan faydalanmağa görə 50 manat da tələb etməsinə baxmayaraq bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir və məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. İşdə olan 04 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 128 dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 128 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 12000 manat pul və ödənilmiş 128 manat dövlət rüsumu, cəmi 12128 (on iki min bir yüz iyirmi səkkiz) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar