Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1205/2023 04.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qızı X2 25 aprel 2013-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuşdur. Qızı 06 iyul 2022-ci il tarixdə vəfat etmiş və Ağcabədi rayonunun Hüsülü kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin qızı Gülərin vəfatından sonra Maraqlı şəxsnə vaxtında müraciət etmədiklərindən ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda qızının ölümünü rəsmiləşdirmək istəyirlər. X4 ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxsndə Gülərin ölümü haqqında akt qeydi aşkar olunmamış və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. Ona görə 25 aprel 2013-cü il tarixdə anadan olmuş qızı X1 06 iyul 2022-ci il tarixdə vəfat etməsi və ölümün qeyd olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəində göstərilir ki, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. İş materiallarından görünür ki, ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 100 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.2, 152.1.1, 152.4, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsan aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması Ərizəçi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1205/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1205/2023
04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver