Məhkəmə qərarları › İş №2(017)-1232/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1232/2023

20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1232/2023 20.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 1500 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, Cavabdeh 2022-ci ilin fevral ayında ondan 4000 manat borc pul almışdır. Cavabdeh həmin puldan 2500 manat ona qaytararaq 1500 manat borclu qalmış və ona görə də cavabdehə qarşı 1500 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırda o, cavabdehlə 1100 manat ödəməsi barədə öz aralarında razılaşmışlar. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 1100 manat pulun və ödəmiş olduğu 35 manat dövlət rüsumunun, cəmi 1135 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə islasında iştirak etməsə də məhkəmə hazırlıq iclası zamanı vermiş olduğu izahatından və ərizəsindən görünür ki, pula ehtiyacı olduğu üçün əvvəllər tanıdığı İddiaçı borc pul almış və tam qaytara bilməmişdir. Ona görə də İddiaçı ona qarşı 1500 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırda iddiaçı ilə 1100 manat ödəməsi barədə öz aralarında razılaşmışlar. Ona görə də iddianı həmin məbləğdə etiraf edir və bu barədə qətnamə çıxarılmasına heç bir etirazı yoxdur Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1100 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 08 may 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 35 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 35 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1100 manat pul və ödənilmiş 35 manat dövlət rüsumu, cəmi 1135 (bir min bir yüz otuz beş) manat alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar