Məhkəmə qərarları › İş №2(017)-1237/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1237/2023

08.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1237/2023 08.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 7061,96 manat məbləğində borc və iddia qaldırılarkən ödənilmiş 91 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçındə satıcı-kassir vəzifəsinə qəbul edilmiş və həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında tam maddi məsuluyyət haqqında müqavilə də imzalanmışdır. 02 oktyabr 2020-ci il tarixdə Cavabdeh “OBA Market» Məhdud Məsuliyyətli Cəmiyyətində administrator vəzifəsinə keçirilmiş və həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında tam maddi məsuluyyət haqqında müqavilə imzalanmışdır. İddiaçı 20 dekabr 2022-ci il tarixli əmrinə əsasən Cavabdeh tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh İddiaçı mağazasında işlədiyi zaman aparılmış inventarizasiya nəticəsində iddiaçıya ziyan vurması müəyyən olunmuş və aparılmış “İnventarizasiya Nəticələrinə” dair akta əsasən ziyanın məbləği 7985 manar olması müəyyən edilmişdir. Ümumi məbləğin bir hissəsi cavabdehin şirkətdən alacağı vəsaitlə qarşılanmış və cavabdehin yekun qalıq borcu 7061,96 manat təşkil edir və 23 dekabr 2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmışdır. Bundan sonra borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 7061 manat 96 qəpik borcun və 91 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 iyun 2020-ci il tarixli əmək müqaviləsindən və 17 iyun 2020-ci il tarixli 333 saylı əmrin çıxarışından görünür ki, Cavabdeh 17 iyun 2020-ci il tarixdə İddiaçındə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 iyun 2020-ci il tarixli “X6 haqqında” müqavilədən görünür ki, bu müqavilə öhdəliyində olan mallar üzərində məsuliyyət daşıması ilə əlaqədar Cavabdeh ilə İddiaçı arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 02 oktyabr 2020-ci il tarixli 601 saylı əmrin çıxarışından və 02 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh İddiaçı Satış şöbəsində 02 oktyabr 2020-ci il tarixdən “administrator” vəzifəsinə keçirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 02 oktyabr 2020-ci il tarixli “X6 haqqında” müqavilədən görünür ki, bu müqavilə öhdəliyində olan mallar üzərində məsuliyyət daşıması ilə əlaqədar Cavabdeh ilə İddiaçı arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 dekabr 2022-ci il tarixli 675 saylı əmrin çıxarışından və 20 dekabr 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli müqaviləyə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən və borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin nəticəsi barədə 31 mart 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə təftiş yoxlaması və təhvil-təslim işləinin nəticəsi olaraq 04 iyul 2022-ci il tarixdə 6174 manat, 29 noyabr 2022-ci il tarixdə 1603,80 manat çatışmazlıq aşkar edilmiş və Cavabdeh 31 mart 2023-cü il tarixə İddiaçınə ümumi borcu 7061,96 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X6 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X6 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 17 iyun 2020-ci il tarixli əmək müqaviləsinə əsasən 17 iyun 2020-ci il tarixdə İddiaçındə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdə Cavabdeh ilə İddiaçı arasında “X6 haqqında” müqavilə bağlanmışdır. 02 oktyabr 2020-ci il tarixdə Cavabdeh İddiaçı Satış şöbəsində “administrator” vəzifəsinə keçirilmiş və həmin taridə də İddiaçı ilə Cavabdeh arasında “X6 haqqında” müqavilə bağlanmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli müqaviləyə 20 dekabr 2022-ci il tarixdə xitam verilmişdir. Cavabdeh İddiaçındə əmək müqaviləsi əsasında işlədiyi müddət ərzində onun maddi-məsul olduğu mallarda çatışmazlıqlar müəyyən olunmuşdur. İddiaçı tərəfindən aparılan araşdırmalar zamanı cavabdehin iddiaçıya 7985 manat məbləğində ziyan vurması aşkar olunmuş və Cavabdeh 31 mart 2023-cü il tarixə İddiaçınə vurduğu ziyanın məbləği 7061,96 manat təşkil etdiyində İddiaçı Cavabdeh qarşı 7061,96 manat borcun alınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 7061,96 manat ziyanı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 7061 manat 96 qəpik ziyan alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İşdə olan 26 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 91 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 91 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 7061 manat 96 qəpik ziyan və iddia qaldırılarkən ödənilmiş 91 manat dövlət rüsumu, cəmi 7152 (yeddi min bir yüz əlli iki) manat 96 (doxsan altı) qəpik alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar